"Biz təbii olanı seçirik!" RU   
   Təbiət və sağlamlıq

Zülal nədir və orqanizmdə hansı rolu oynayır?

Şəkil

Zülal nəyə lazımdır sualına cavab verməzdən əvvəl, gəlin, zülalın nə olduğunu öyrənək.

Zülal nədir?

Ümumiyyətlə, insanın sağlam qidalanmanı təmin etmək üçün qəbul etməli olduğu 6 növ qida maddəsi mövcuddur. Bunlar yağlar, zülallar, karbohidratlar, vitaminlər, minerallar və sudur. Deməli, zülal orqanizmin tikinti materiallarından biridir.

Zülal əsasən heyvan mənşəli ərzaqların, məsələn, ətin (mal, qoyun, toyuq, balıq əti və s.), yumurtanın və süd məhsullarının tərkibinə daxildir. Lakin yaxşı zülal mənbəyi olan bitki mənşəli ərzaqlar da az deyil: paxlalı və dənli bitkilər (noxud, lobya, qarabaşaq, xüsusən soya ), göbələk, qoz-fındıq və s.

Zülal hüceyrələrin böyüməsi üçün lazımdır

Zülalllar hüceyrələrin böyüməsini və inkişafını təmin edir. Zülal orqanizm tərəfindən hazırlanmadığı üçün, onu xaricdən qəbul etmək lazımdır. Zülal əzələləri gücləndirir, qan azlığının qarşısını alır, orqanizmin müqavimətini qoruyur.

Zülal saç və dırnaqların sağlamlığı üçün lazımdır

Orqanizmimiz zülalı böyümək və zədələnmiş hissələrini bərpa etmək üçün istifadə edir. Qara ciyərdə qida maddələrinin parçalanması nəticəsində əldə olunan zülal bədənimimizin ehtiyac olan hissələrinə göndərilir. Saçların və dırnaqların qidalanması və sağlam uzanması, dərinin ölmüş təbəqələrinin bərpası üçün, zülal orqanizmimizin zəruri bölgələrinə qan vasitəsilə çatdırılır.

Hər gün nə qədər zülal qəbul etməliyik?

Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə, insan hər gün bədən çəkisinin hər kiloqramına 0.45 qram zülal qəbul etməlidir. Yəni, çəkisi 65 kq olan şəxs gündəlik 29 qram (65x0.45) zülal istifadə etməlidir. Qeyd etmək lazımdır ki, bir yumurta orta hesabla 13 q zülaldan ibarətdir və, demək olar ki, ən yaxşı sağlam və asan mənimsənən zülal mənbəyidir.

Vegetarianların zülal mənbələri nələrdir?

Vegetarianlar zülal mənbəyi kimi paxlalı bitkilərdən, xüsusən soyadan, qoz-fındıq və digərlərindən, tumlardan, eləcə də bəziləri süd məhsullarından və yumurtadan istifadə edirlər. Deməli, ətdən imtina edən kəslər orqanizm üçün balanslaşdırılmış qidalanmanı təmin etmək və bu qədər zəruri olan zülal çatışmazlığının qaşısını almaq üçün mütləq öz gündəlik rasionlarında yuxarıda sadalanan məhsullardan istifadə etməlidirlər.



Sağlamlıq bölməsində digər yazılar >>



Faydalı məlumatı dostlarınızla bölüşün: