Qara ciyər piylənməsi ciddi fəsadlar törədir

Qara ciyər piylənməsi ciddi fəsadlar törədir

Qara ciyər piylənməsi qaraciyər hüceyrələri daxilində piyin toplanması nəticəsində meydana çıxan xəstlikdir. Qara ciyərin hüceyrələri daxilində piyin toplanması qara ciyərin sərtləşməsi və zədələnməsi ilə müşayiət olunur ki, bu da nəticədə serroza gətirib çıxara bilər.

Köklük və insulin rezistentliyi, az hərəkətli həyat tərzi və, əlbəttə ki, yalnış qidalanma qara ciyərin piylənməsinə gətirib çıxara bilər.

Qara ciyərin piylənməsinin əsas səbəbləri

Qara ciyərin piylənməsinin əsas səbəbləri arasında qeyri-düzgün qidalanma və az hərəkətlihəyat tərzini göstərmək olar. Çəkisi artıq olan insanlar, diabet xəstələri, tez-tez kökəlib-arıqlayanlar və bəzi genetik problemləri olan şəxslər qara ciyər piylənməsi ilə bağlı risk qrupuna daxildirlər.

Tez yorulma qara ciyər piylənməsindən xəbər verə bilər

Qara ciyərin piylənməsi yorğunluq, əzginlik, süstlük və s. kimi əlamətlərlə özünü göstərir. Tez yorulma yüksək dərəcəli qara ciyər piylənməsi zamanı xüsusən nəzərə çarpır.

Qara ciyərin piyləndiyini necə öyrənmək olar?

Qara ciyər piylənməsinin əsas diaqnostika üsulu ultrasəs müayinəsidir. Bu üsul xəstənin sağlamlığına heç bir zərər vermədən qara ciyərin quruluşunu görməyə imkan verir. Əgər ultrasəs müayinəsi nəticəsində xəstənin qara ciyərinin piyləndiyi müəyyən olunarsa, o, qara ciyər göstəricilərinin yüksəlib-yüksəlmədiyini və ya insulin rezistentliyinin olub-olmadığını müəyyən etmək üçün qan analizi verməlidir.

Əgər analizlərin nəticəsinə görə hər hansı pozuntu aşkarlanarsa, xəstə 3 və ya 6 ay ərzində müşahidə altında olmalıdır. Bunun adi və ya proqressiv piylənmə olduğunu təyin etmək üçün, qara ciyərin biopsiyası həyata keçirilir. Bu zaman qara ciyərdən çox kiçik hissə götürülərək müayinə edilir ki, bu da mümkün fəsadların olmasını və qara ciyərin sərtləşmə dərəcəsini (fibrozis) dəqiqləşdirməyə imkan verir.

Qara ciyəri piylənmədən necə qoruya bilərik?

Qara ciyər piylənməsinin qarşısının alınmasının əsas yolları pəhriz və idmandır. Bunlar artıq çəkisi olanların ideal çəkiyə nail olmalarına, eləcə də insulin dirəncinin aradan qaldırılmasına yönəlmişdir.

Pəhriz dedikdə, gündəlik qəbul edilən kalorilərin azaldılıması, triqliseridlərin daha az istifadə olunması, çoxlu miqdarda tərəvəzdən istifadə, yüksək qlikemik indeksə malik ərzaqların rasiondan çıxarılması nəzərdə tutulur.

Ayda 3 kq-dan artıq çəki itirmək tövsiyə olunmur. Çünki sürətli çəki itirmək və çəki artırmaq eynilə qara ciyər piylənməsinə gətirib çıxaran səbəblərdən biridir.

İnsulin dirənci qara ciyər piylənməsinin əsas səbəblərindən biridir. Buna görə də qara ciyəri piylənmiş şəxslər gündəlik fəallıqlarını artırmalıdırlar. Qara ciyər piylənməsi zamanı ən çox tövsiyə olunan idman növü həftədə ən azı 150 dəq sürətli yeriş və ya yüngül qaçışdır. Ağır fiziki məşğələlər məsləhət görülmür.



Yalnış qidalanma vərdişlərinin sağlamlığa təsiri       [ardını oxu] >>


Sağlamlıq bölməsində digər yazılar >>