Turplu ət salatı

Turplu ət salatı

Tərkibi (4 nəfərlik):
mal əti - 0,5 кq
kərəviz kökü - 50 q
pomidor - 4 əd.
baş soğan - 2 əd.
qara turp - 1 əd. (orta)
kəvər - 1 saplaq
bitki yağı - 3 xör. q.
sirkə - 2 çay q.
cəfəri
dəfnə yarpağı
dənəvər qara istiot
üyüdülmüş qara istiot
duz, şəkər

Hazırlanışı:
Ət yaxşıca yuylur, kağız dəsmalla qurudulur, içində 1 l qaynayan su olan qazana qoyulur, dənəvər qaraistiot, dəfnə yarpağı əlavə edilərək, hazır olanadək bişirilir. Hazır olduqdan sonra ət çıxrılır və tikələrə bölünür.

Turp yaxşıca yuylur, təmizlənir, nazik samanvari doğranır, duzlanaraq, suyunu buraxması üçün 15 dəq. gözlədilir.

Baş soğan təmizlənir və nazik halqa şəklində doğranır. Kəvərin ağ hissəsi də halqa şəkllində doğranır.

Pomidorlar yuyulur və fal şəklinə və ya haqla şəklində doğranır. Cəfəri yuyularaq doğranır, kərəviz kökü təmizlənərək, xırda gözlü sürtkəcdən keçirilir.

Üzəri üçün sous hazırlanır: bitki yağı, sirkə, 2 xör. q qaynadılmış su, duz, şəkər, istiot birlikdə yaxşıca qarışdırılır.

Sous salatın üzərinə tökülür və qarışdırılır, 15 dəqiqə gözlədikdən sonra süfrəyə verilir.

...Nuş olsun.



Şəfa mənbəyi qidalar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin