Uşaq öskürürsə nə etməliyik?

Uşaq öskürürsə nə etməliyik?

Öskürək tək başına bir xəstəlik deyil, başqa xəstəliyin təzahürüdür. Buna görə də öskürəyin səbəbini vaxtında aşkarlamaq və lazımi tədbirləri görmək çox vacibdir.

Uşaqlarda öksürəyin səbəbləri nələrdir?

Dediyimiz kimi, öskürək xəstəlik deyil, ağciyər infksiyalarının, yuxarı tənəffüs yolu xəstəliklarının bir əlamətidir. Öskürək bronxlarda, hava yollarında olan reseptorlarda meydana çıxır. Bu reseptorlar oradakı seliyi və ya yad cismi kənarlaşırmağa yönəlmiş refleksi işə salaraq öksürəyi yaradır. Bu tamamilə fizioloji haldır. Amma təbii ki, öksürəyin xarakteri, onu müşayiət edən digər əlamətlər çox vacibdir. İlk bir aylıq dövründə körpədə adətən anatomik pozuntular daha ön plandadır. Bir yaşına qədər südəmər dövrdə isə virus xarakterli yuxarı tənəffüs yolu infeksiyaları, pnevmoniya, bronxit kimi allergik xarakterli problemlər öskürəyı səbəb ola bilər. Məktəbəqədər yaşda olan uşaqlarda öskürəyin ən çox ras gəlinən səbəbləri virus xarakterli yuxarı tənəffüs yolu infeksiyaları, allergiyaya meyllilik, yad cismin tənəffüs yoluna düşməsi (yemək parçası uşağın ağ ciyərinə düşdüyü zaman bronxlarda qalaraq daim öskürək yaradır), nadir hallarda şiş, bəzi anatomik aomaliyalar ola bilər.

Öskürəyin növünü necə ayırd etmək olar?

Üç həftədən çox davam edən öskürəyə xroniki öskürək, daha az davam edən öskürəyə isə kəskin öskürək deyilir. Xroniki öskürək allergik uşaqlarda daha çox baş verir. Bronxlarda həssaslıq varsa, astmaya meyllilik və ya astma varsa, burun arxasında udlağa doğru daim bir axıntı halı varsa, bununla bağlı öskürək yarana bilər. Bundan başqa, bəzi ağ ciyər xəstəliklərində öskürək yaranır. Xroniki öskürək kəskin öskürəkdən ayırd edilərək müvafiq tədbir görülməlidir. Lakin bir uşağın kəskin öskürəyi varsa, burnu axırsa və üç-dörd gün davam edən asqırma varsa, bu, qorxulu deyil, öz-özünə keçib gedir. Üç həftədən çox davam edərsə, gecə xoruldama, çox tez-tez öskürək tutmaları olursa daha dəqiq araşdırılıb tədbir görülməsi lazım ola bilər.

Hansı tip öskürək zamanı narahat olmağa səbəb vardır?

Öskürəklə birlikdə yüksək hərarət və nəfəsalmanın tezləşməsi müşahidə olunursa, bu, təxirəsalınmaz vəziyyətdir. Öskürəklə yanaşı dodaqlarda, əllərdə göyərmə olursa, öskürəyin xarakteri kobud hürmə tərzində isə və eyni zamanda çox yüksək hərarət varsa, təcili həkimə müraciət edilməlidir. Fasiləsiz ard-arda öskürək baş verirsə və uşaq öskürəkdən sonra qusursa, bu vəziyyət qidalanmasına mane olursa, vəziyyət ciddidir. Üç aydan kiçik körpədə öskürəklə yanaşı südü zəif əmməyə başlamışsa, hərarəti də varsa, bu, ciddi infeksiya əlamətidir.

Öskürəyin qarşısını almaq üçün dərman verməkdən savayı nə etmək olar?

Uşağa ilıq maye vermək faydalıdır. Bal və limon qarışdırılaraq suyla verilə bilər, cökə çiçəyi, meyvə çayları vermək olar. Uşaq düz yerdə yatarkən öskürürsə, yastığını yüksəltmək olar. Uşaq gecə yarısı hürən tərzdə güclü öskürəklə oyanırsa, nəfəs alarkən xırıltı eşidilirsə, bu adətən virus infeksiyasına yoluxmanı göstərir. Bu vəziyyətdə, uşağın buxarla nəfəs almasını və az-az maye içərək rahatlanmasını təmin etmək lazımdır.

Evdə nə edə bilərik?

Siqaret çəkməyin: Uşaq olan evlərdə evin heç bir yerində siqaret çəkməyin və başqasının da siqaret çəkməsinə icazə verməyin. Siqaret dumanı tənəffüs yollarının qoruyucu mexanizmlərini pozur və bəlğəm əmələ gəlməsini artırır.

Bol su içirdin: Bəlğəmin daha asan təmizlənməsi onun qatılığının az olmasından asılıdır. Bu da maye qəbulunu artırmaqla təmin edilir. Ən yaxşı bəlğəm təmizləyicisi sudur.

Havadakı nəmi artırın: Xüsusən qış aylarında qapalı məkanlarda hava quru olur. Bu da tənəffüs yollarının quruluğuna, bəlğəmin qatılığının artmasına şərait yaradır. Havanı nəmləndirmək üçün otağı havalandırın, bir neçə yerdə su ilə dolu qab və ya nəm dəsmal qoyun və ya soyuq buxar maşını istifadə edin. Lakin allergik xırıltısı olan uşaqlarda buxarın müsbət təsiri müşahidə edilmir.

Otaqda sağlam şərait yaradın: Uşaq allergiyaya meyllidirsə, onun otağnda xalça, tüklü oyuncaq, kitabların olması, otağa günəş düşməməsi, divarlarının rütubətli olması öskürəyini artıra bilər. Otaqda çox əşya olmamalıdır.

Nə zaman həkimə müraciət etməliyik?

Əgər öskürək getdikcə artırsa, xırıltı varsa, hərarət yüksəlirsə, pediatra müraciət etmək lazımdır. Xüsusən, həkim məsləhəti olmadan öskürək siropu istifadə etmək faydanın əvəzinə zərər verə bilər.


İmmuniteti gücləndirən qida məhsulları



S a ğ l a m    n ə s i l  bölməsində digər yazılar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin