Bədəndə 7 çakranın yeri və onları açmağın yolu

Bədəndə çakraların yeri və onları açmağın yolu

Özümüzü daim yaxşı hiss etməyimiz üçün bütün çakralarımız aktiv olmalıdır. Adətən, əksər insanlar onları nəyin narahat etdiyini və ya nəyin onlara əzab verdiyini və şəfa tapmaq üçün nə etmək lazım olduğunu dəqiq anlaya bilmirlər.

Bu məsələdə yoqların fikri qətidir: bu cür problemlərin səbəbi insanın öz çakralarını necə açmağın (təmizləməyin) yolunu bilməməyidir. Çakraları idarə etməyi öyrənmək vacibdir.

Öz çakralarımızı açmağa, təmizləməyə və gücləndirməyə nail ola bilməyimiz üçün onların bədənimizdəki yerini hiss etməyi öyrənməyimiz lazımdır.

Əvvəlki yazılarda da deyildiyi kimi, çakralar insanın fiziki bədənində yox, energetik bədənində yerləşir. Lakin onların kökləri fiziki bədənin dərinliklərinə uzanaraq, daxili sinir, qan-damar, endokrin və immun sistemlərilə sıx əlaqədə olur.

Bədənimizdə 7 çakra var: Muladhara, Svadhisthana, Manipura, Anahata, Vişuddha, Acna, Sahasrara.

Ümumiyyətlə, çakralar bədənin arxa tərəfində onurğa boyu yerləşir. İstisna olaraq, iki çakra arxada yerləşmir: birinci çakra (Muladhara) onurğanın başlanğıcında aralıqda, altıncı çakra (Acna - "üçüncü göz") isə alın nahiyəsində yerləşir.

Nəzərə almaq lazımdır ki, çakraların bədəndə özlərinə məxsus konkret yerlərinin olmasına baxmayaraq, hər insanda fərdi olaraq onların yeri bir neçə santimetr fərqlənə bilir. Çakralarınızın dəqiq yerini ya bəsirətli bir şəxs görə bilər, ya da siz özünüz meditasiya zamanı və diqqətinizi tam olaraq öz hissiyyatınıza cəmləşdirməklə hiss edə bilərsiniz.

Bədəndə çakraların yerini necə hiss etmək olar?

Sinə nahiyəsində yerləşən Anahata çakrasından başlamağınız məsləhətdir. Bu, orqanizmin həyat qabiliyyətinə təsir edən çakradır. Meditasiya zamanı diqqətinizi sinə nahiyəsində cəmləşdirməyə cəhd edin. Rahat olun. Hər hansı prosesləri təsəvvür etməyiniz lazım deyil. Sadəcə, bu nahiyədə nəsə fərqli, bənzərsiz bir hiss axtarın. Məsələn: istilik və ya soyuqluq və yaxud da sadəcə məhz bu yerə aid bir hiss. Bir qayda olaraq, hisslər fərdidir. Hər insan öz çakralarını özünəməxsus şəkildə hiss edir.

Anahatanı aşkarladıqdan sonra eyni qaydada Manipura çakrasını tapmağa cəhd edin. O, ürək çakrasından aşağıda - günəş kələfi nahiyəsində yerləşir. Növbəti olaraq, Vişuddha çakrasını axtarın. Bu çakra boğazın əsasında yerləşir. Boğaz çakrasının yerini hiss etdikdən sonra aşağı enirik və Svadhisthana çakrasını axtarırıq. O, göbəkdən təxminən iki barmaq aşağıda yerləşir. Bundan sonra ən birinci və ən mühüm çakranı - Muladharanı axtarın. O, cinsiyyət orqanları və anus arasında (onurğanın başlanğıcında) yerləşir. Bu, çakra insanın yerlə əlaqəsini təmin edir.

Aşağı çakralarınızı aşkarladıqdan sonra yuxarı çakralarla işə başlaya bilərsiniz. Acna və ya üçüncü göz təxminən alının ortasında yerləşir. Ən yuxarı çakra olan Sahasrara isə təpədə yerləşir.

Bəzən çakraların yerində xoşagəlməz hisslər, ağrı, sızıltı, göynəmə, keyimə və s. hisslər ola bilər. Bu, ya çakranın tutulduğunu (kirləndiyini), ya da qapalı olduğunu və ya zədələndiyini bildirir.

İlkin mərhələdə siz yalnız çakralarınızı aşkarlamağa və hiss etməyə nail ola bilərsiniz. Onları açmaq, təmizləmək, bərpa və müalicə etmək üçün müəyyən müddət onların üzərində işləmək lazımdır.

Bədənimizdəki çakraları necə açmaq (təmizləmək) olar?     [ardını oxu] >>


Sağlam aura bölməsində digər yazılar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin