Mağazalardan mətbəximizə girən zərərli qidalar

Mağazalardan mətbəximizə girən zərərli qidalar

Bu gün mağazalarda və supermarketlərdə hər şey, hətta mövsümü olmayan meyvə və tərəvəz də tapmaq olar. Gözəl qablaşdırmalı məhsullar və ideal formalı meyvə-tərəvəz alıcıların diqqətini cəlb edir. Lakin ilk baxışdan cəlbedici görünən, zərərli əlavələrdən, konservantlardan, süni boyaq maddələrindən, dadlandırıcılardan və s. ibarət olan ərzaqların istifadəsi orqanizmimizdə zərərli maddələrin toplanmasına gətirib çıxarır ki, bu da müxtəlif xəstəliklərə səbəb olur. Buna görə də sağlamlığımıza görə məsuliyyət öz çiyinlərimizin üzərinə düşür.

Zərərli qida məhsullarını necə tanıya bilərik?

Genetikası dəyişdirilmiş ərzaqları almamağa çalışın! Bu nə deməkdir? Hazırda 120-növdən artıq genetikası dəyişdirilmiş bitki mövcuddur (soya, qarğıdalı, düyü, balqabaq, xiyar, kartof, bibər və s.). Transgen zülallar kolbasalarda, qənnadı məmulatlarında, içkilərdə, hətta uşaq qidalarında, o cümlədən körpələr üçün süd məhsullarında geniş itifadə edilir. Alimlər genetikası dəyişdirilmiş məhsulların allergen olması haqqında xəbərdarlıq edir və sağlamlıq üçün ayrı-ayrı mənfi təsirlərin olması istisna edilmir. Buna görə də, təbii görünüşə, səciyyəvi qoxuya, rəngə və s. malik meyvə və tərəvəzlərə üstünlük verməliyik.

Hər zaman etiketi oxuyun! Etiketdə göstərilən süni dadlandırıcılara, boyaq maddələrinə və digər maddələrə fikir verin. Konservantların istifadəsini minimuma endirin.

Məsələn, bir çox şirniyyat, ərzaq və içkilərin cəlbedici, iştah açıcı görünüşünün səbəbi onlara əlavə olunan boyaq maddələridir. Bunlardan bəzilərinin qida məhsullarında istifadəsi məqbul olsa da, bəziləri sağlamlıq üçün olduqca zərərlidir, hətta istifadəsi qadağan olunmuşdur.

Hansı boyaq maddələri sağlamlığa zərərlidir?

Aldığımız hazır qida məhsullarının tərkibindəki boyaq maddələrinin istifadə üçün yararlı olub-olmadığını bilmək üçün etikətlərin üzərindəki bəzi boyaq maddələrinin açıqlaması ilə tanış olaq:

Е100 - Narıncı-sarı. Kurkumin - sarıkök ailəsindən olan bitkidən hazırlanır.

Е101 - Sarı. Riboflavin (В2 vitamini).

Е102- Sarı. Tartrazin - qənnadı məmulatlarında, alkoqolsuz içkilərdə istifadə olunur. Uşaqlarda allergik reaksiya törədə bilər.

Е104 - Sarı xinolin. Bəzi ölkələrdə qadağan olunmuşdur.

Е107 - Sarı. Uşaqlarda, eləcə də astmadan əziyyət çəkən böyüklərdə allergik reaksiya doğura bilər. Alkoqolsuz içkilərin istehsalında istifadə olunur.

Е110 - Sarı. Tünd içkilərin, qənnadı məmulatlarının, tez bişən şorbaların istehsalında istifadə olunur. Allergik reaksiyalar: səpki, şişkinlik, üərkbulanma törədə bilər.

Е120 - Karminlər. Konfetlərdə, yuqurtlarda, dondurmada, içkilərdə və s. istifadə olunur. Adi səpkidən tutmuş, anafilaktik şoka qədər müxtəlif allergik reaksiyalar doğura bilər.

Е122 - Qırmızı. Karmuaziin. Allergiyadan, astmadan əziyyət çəkənlər, uşaqlar istifadə etməməlidir. Əsasən konfetlərdə, marsipanda, jeledə istifadə olunur.

Е123 - Аmarant. Qadağan olunmuşdur (ABŞ-da 1976-cı ildən istifadə olunmur).

Е124 - Qırmızı. Uşaqlar, astmadan əziyyət çəkənlər və aspirinə qarşı allergiyası olanlar istifadə etməməlidir.

Е127 - Eritrosin. Qadağan olunmuşdur. Может повысить уровень гормонов щитовидной железы, вызывать светочувствительность.

Е128 - Qırmızı. Bəzi ölkələrdə qadağan olunmuşdur.

Е129 - Cəlbedici qırmızı. Dəridə allergik reaksiyalar yarada bilər. Meyvəli içliklərdə, peçenyelərdə, pirojnalarda istifadə olunur.

Е131 - Patentli göy. Bəzi ölkələrdə qadağan olunmuşdur.

Е132 - İndiqokarmin. Allergiyaya meylli insanlar istifadə etməməlidir. Ürəkbulanma, qusma, səpki, yükək qan təzyiqi, nəfəsin çətinləşməsinə səbəb ola bilər.

Е133 - Parıltılı göy. Uşaqlarda allergik reaksiyalar doğura bilər.

Е140 - Xlorofill, xlorofillin. Rəngi: yaşıldan zeytun rənginədək. Təbii boyaq maddəsidir, heç bir kənar təsiri yoxdur.

Е141 - Xlorofill və xlorofillinin mis kompleksləri. Rəngi: zeytun rəngi. Kənar təsirləri məlum deyil.

Sağlamlıq bölməsində digər yazılar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin