Ağızda dağılan almalı piroq - tərkibində şəkər yoxdur!

Ağızda dağılan almalı piroq

Yay almasının turşməzə dadıyla gözəl darçınlı keksin birləşməsini dadmağa dəyər. Bu keksin özəlliyi adi şəkər yerinə üzüm doşabı ilə hazırlanmasıdır.

İçindəkilər:
KEKS üçün:
yumurta - 2 əd.
sızma zeytun yağı - 2 stəkan
üzüm doşabı - 1 stəkan
qatıq - 1/2 stəkan
qara (olmasa ağ) un - 2.5 stəkan
vanil çubuğu - 1/4
limon suyu ilə isladılmış çay sodası - 1 çay qaş.
1 limonun suyu ( istəyə görə)
İÇLİK üçün:
alma - 3 əd.
darçın - 1 xör. qaş.
üzüm doşabı - 1/2 stəkan
su - 1 stəkan
təbii kərə yağı - 1 xör. qaş.
1 limonun qabığı (istəyə görə)
kişmiş - 2 xör. qaş. (istəyə göre)

Əvvəlcə içliyi hazırlayırıq. Almaları kub şəklində doğradıqdan sonra digər ərzaqları əlavə edib bir buğum qaynadırıq. Buna təxminən 10 dəqiqə vaxt sərf olunur. Soyuması üçün kənara qoyuruq.

Ağızda dağılan almalı piroq

Keks üçün yumurta və doşabı çalırıq, içinə zeytun yağı və qatığı əlavə edirik. Vanil, çay sodası və buğda ununu da qarışıma əlavə edib çırpmağa davam edirik. İçliyimiz ilıq olduqdan sonra keks qarışımının içinə tökürük və taxta qaşıqla son dəfə qarışdırırıq.

Ağızda dağılan almalı piroq

İçlik sulu alınarsa, suyunu süzdükdən sonra keks qarışımına əlavə edin. Süzdüyünüz suyu piroqu süfrəyə verərkən üzərinə tökə bilərsiniz. İçliyin sulu olmasını istəmirsnizsə, qeyd edilən suyunun yalnız yarı miqdarını istifadə edə bilərsiniz.

Ağızda dağılan almalı piroq

Ə vvəlcədən 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişiririk.

Nuş olsun …



Şəfa mənbəyi qidalar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin