Pizza şəklində ətli soba yeməyi

Pizza şəklində ətli soba yeməyi

Tərkibi:
buzov və ya quzu əti (yarı-yarıya götürmək olar) - 1 kq
qırmızı bibər - 4 əd.
yaşıl bibər - 2 əd.
baş soğan - 2 əd.
cəfəri - 1/2 dəstə
pomidor - bir neçə ədəd
zövqə görə duz və istiot
bir çimdik darçın (istəyə görə)

Hazırlanışı:
Baş soğan, cəfəri və 1 bibər xırda doğranır (rahatlıq üçün ət maşınından keçirmək olar). Ət həmçinin ət maşınından keçirilir. Bütün ərzaqlar qabda yaxşıca qarışdırılaraq, ədviyyatlar əlavə edilir. Qabın qapağı bağlanaraq, soyuducuda 1-2 saat saxlanılır.

Soba 200 dərəcəyədək qızdırılıq.

Hazırlanmış ət dairəvi soba qabına yayılır, hər tərəfədə eyni qalınlıqda olması üçün yaxşıca basılır (nə qədər nazik olsa, bir o qədər yaxşıdır).

Ət yayılmış qab qızdırılmış sobaya qoyulur. 15 dəqiqədən sonra sobadan çıxarılaraq, pomidorlarla və yaşıl bibərlə bəzədilir. Yenidən sobaya qoyularaq, ətin kənarları xırçıltılı olanadək bişirilir. Süfrəyə isti verilir.

...Nuş olsun.



Şəfa mənbəyi qidalar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin