Dadlı soğan çərəzi

Dadlı soğan çərəzi

Dadlı xırçıldayan soğan halqaları faydalı çərəz olması ilə yanaşı, mağazada satılan zərərli çipsləri və müxtəlif süni aromatizatorlarla dada gətirilmiş suxariləri əvəz edən faydalı qidadır. Bunu həm böyüklər, həm də uşaqlar üçün hazırlamaq olar.

Tərkibi:
böyük baş soğan - 2 əd.
yumurta - 1 əd.
süd və ya su - 1 stəkan
qarğıdalı unu - 1 stəkan
qabartma tozu - 0,5 ç.qaş.
təzə zəncəfil - 1 ç.qaş.
üyüdülmüş qoz - 1 ç.qaş.
sarımsaq - 1 diş
duz - 1 ç.qaş.
istiot - 0,5 ç.qaş.
küncüt toxumu (və ya üyüdülmüş suxari) - 1 stəkan
bitki yağı (tavada hazırlayacağınız təqdirdə)

Hazırlanışı:
Sarımsağı əzirik. Qarğıdalı ununu, qabartma tozunu, üyüdülmüş təzə zəncəfili, üyüdülmüş qozu, sarımsağı, duzu, istiotu yaxşıca qarışdırırıq. Unlu qatışığa yumurta və su əlavə edib qarışdıraraq duru un əldə edirik.

Böyük baş soğanları təxminən 1 sm qalınlığında halqalar şəklində doğrayırıq. Hər halqanı hazırladığımız qatışığa, sonra küncüt toxumlarına (və ya üyüdülmüş suxariyə) bulayırıq.

Xırçıldayan soğan halqalarını sobada bişirmək və ya tavada bitki yağında qızartmaq olar. Birinci halda soğan halqalarını permanent kağız sərilmiş bişirmə qabına düzərək isti sobada hazır olanadək bişiririk.

Soğan halqalarını yağda qızartmağa üstünlük verirsinizsə, tavada bitki yağını qızdırırıq və soğan halqalarını qızılı rəng alana qədər qaynar yağda qızardırıq.

...Nuş olsun.



Şəfa mənbəyi qidalar >>