Ünsiyyət zamanı üstünlük qazanmanın 10 qaydası

[читать на русском]

Ünsiyyət zamanı üstünlük qazanmanın 10 qaydası

İnsanlarla ünsiyyətdə onları necə ələ almaq olar? Yəqin ki, hər birimiz dəfələrlə özümüzə bu sualı vermişik. Sirr deyil ki, uğurlu ünsiyyət yalnız insanlar arasında möhkəm emosional əlaqələr deyil, həm də maddi gəlir deməkdir. Xidmət sahəsini, ticarət sahəsini uğurlu ünsiyyət olmadan təsəvvür etmək olmaz. Bəs, psixoloqların fikri nədir?

Ünsiyyətdə üstünlük qazanmaq üçün müəyyən qaydalar mövcuddurmu?

İnsanlarla ünsiyyət qurmanın hansısa universal qaydaları yoxdur, amma bu problem bütün dövrlərdə insanları narahat etdiyi üçün, bu sahədə heç də pis nəticə verməyən müəyyən işlər ortaya qoyulmuşdur. Ünsiyyət zamanı insanları ələ almağın qaydalarını nəzərdən keçirək:

1. Başqa bir insanın psixikasında boşluqlara daxil ola bilmək və orada daha dərində yerinizi möhkəmlədərək, onun psixikasını idarə edə bilmək üçün axıcı olmağı öyrənin.

2. Sizdən nə isə istəyən insana həmin şeyi tələsmədən, vaxtı uzadaraq verin. Çünki insan istədiyi şeyi nə qədər çox gözləsə, bir o qədər çox qiymətləndirər.

3. Danışıq zamanı insanın sözünü kəsmək istədikdə, bunu ona hiss etdirmədən edin. Onun sözlərini elə istiqamətdə dəyişin ki, sizin təlqin etdiyiniz yeni fikrin onun öz fikri, ideyası, istəyi olduğunu qəbul etsin.

4. İnsan daxilən hazır olmadan onu tələsdirməyin. İnsan daxilən hazır olan kimi, mütləq xaricdə özünü biruzə verməyə başlayacaq. Siz isə onun məqsədlərini bilərək, vəziyyəti idarə edəcək və itirdiyiniz vaxtı əvəzini artıqlaması ilə alacaqsınız.

5. Sizə lazım olan məlumatı həmsöhbətinizin eşitmək istədiyi sözlərlə ifadə edin. Bunu edə bilmək üçün, həmsöhbətiniz haqqında mümkün qədər çox məlumat toplamaq lazımdır.

6. Sizdən güclü olan insanı ələ almağa çalışmağa dəyməz. Əvvəlcə onu zəif vəziyyətə düşməyə məcbur edin. Yalnız bu zaman onun zəif nöqtələrini hiss edərək məğlub edə bilərsiniz.

7. Lazımsız insan və ya lazımsız tanışlıq olmur. Çox vaxt insanlar və tanışlıqlar hazırki anda lazım olmurlar. Lakin vaxt gələr onlar da çox lazımlı ola bilərlər.

8. Başqasının fikri sənin öz fikrinə nə qədər yaxın olarsa, həmin fikri deyən insan bir o qədər simpatik görünər.

9. Əgər vəziyyət münaqişəli və həllolunmazdırsa, uzaqlaşmaq, yox olmaq, "gizlənmək" lazımdır. Vaxt hər şeyi öz yerinə qoyacaq.

10. İncikliyi, məğlubiyyəti və ya istənilən xoagəlməz halı unutmaq üçün həmin incikliyi kağıza yazmaq, gecə həmin kağızı yandırmaq, külünü isə pəncərədən bayıra ataraq, uzanıb yatmaq lazımdır.

Psixologiya bölməsində digər yazılar >>