Uşağın beynini inkişaf etdirən qidalar

[читать на русском]

Uşaq öskürürsə nə etməliyik?

Uşaqlarımız məktəbdə zəif oxuduqları zaman, çox vaxt onları məsuliyyətsizlikdə və tənbəllikdə günahlandırır və ya onların əqli qabiliyyətlərinin olmadığını düşünməyə başlayırıq. Lakin, əslində, bu problemin səbəbi gündəlik qida rasionunun düzgün tərtib edilməməsi nəticəsində uşağın beyninin yaxşı qidalanmaması ola bilər.

Valideynlər öz övladları üçün gündəlik menyu tərtib edərkən unudurlar ki, insanın istedadı və əqli qabiliyyəti əsasən genetika ilə bağlı olsa da, uşağın əqli inkişafı həm də onun nə yediyindən asılıdır. Balanslaşdırılmış qida rasionu və beyin üçün faydalı olan, uşağın beynini inkişaf etdirən qidaların köməyi ilə, həqiqətən də, lazımi genləri aktivləşdirmək və uşağın daha diqqətli və ağıllı olmasına yardımçı olmaq olar.

Beynimiz, digər oqranlarımızdan fərqli olaraq, daim yenilənir və yenidən qurulur. Beyin bədən kütləsinin cəmi 2%-ni təşkil etsə də, qəbul etdiyimiz kalorinin 20%-ni istifadə edir. Böyüməkdə olan insanın beyni olduqca ac orqandır və ona lazım olan qida maddələrini ala bilmədiyi halda normal fəaliyyət göstərə bilmir.

Uşaq hələ doğulmamışdan əvvəl onun əqli qabiliyyətlərinin qeydinə qalmaq lazımdır. Bunun üçün, hamiləlik zamanı uşağın beynini inkişaf etdirən qidalar yemək, zərərli qidalardan uzaq durmaq lazımdır. Lesitinlə zəngin olan qidalardan istifadə etmək (daha çox yumurta sarısı, qara ciyər, ət), dəmir və sinklə zəngin olan ərzaqlar yemək (qara ciyər, yumurta, qoz-fındıq, qarabaşaq, pendir, balıq, süd) vacibdir. Hamiləlik zamanı xüsusilə balıq, ispanaq, çuğundur, kələm, qaragilə və quşüzümü yesəniz, dahi uşaq dünyaya gətirmək ehtimalınız artar.

Dünyaya gəldikdən sonra uşaq mütləq ana südü ilə qidalanmalıdır. Uşağı artıq "böyüklərin" menyusuna keçirmək lazım olduğu zaman isə ananın qarşısında mühüm bir sual durur: uşağın ağıllı olması üçün onun rasionuna hansı ərzaqları daxil etmək lazımdır? ...

Uşaqların intellektual inkişafı üçün yod, dəmir və sink kimi elementlər xüsusi əhəmiyyət kəsb edir. Yod uşağın zehni qabiliyyətlərinin inkişafı üçün vacibdir. Dəmir beyin hüceyrələrinə oksigeni çatdırır. Bu səbəbdən, dəmir çatışmazlığı olan uşaqlar əqli passivlik və diqqətsizlikdən əziyyət çəkirlər. Buna görə də, bu elementin çatışmazlığını vaxtında aradan qaldırmaq və dəmirin kifayət qədər mənimsənməsinə kömək edən qidalanma qaydalarına riayət etmək vacibdir. Sink beyin üçün çox faydalıdır, çünki o, hüceyrələri zərərli təsirlərdən qoruyur, maddələr mübadiləsinə bütün növlərinə təsir göstərir, beyin toxumalarının tərkib hissəsidir və yaddaş və öyrənməyə cavabdeh olan zülalların sintezinə nəzarət edir.

Uşağın beynini inkişaf etdirən və beyin fəaliyyətinə müsbət təsir göstərən əsas ərzaq məhsulları bunlardır:

1. Somon və ya qızılbalıq omeqa-3 yağ turşularının mənbəyidir. Dəniz məhsullarının tərkibinə beyinin məhsuldar işi üçün lazım olan yod, fosfor və omeqa-3 yarımdoymamış yağ turşularını daxildir. Bu möcüzə turşular beyin neyronları arasında sinir siqnallarının ötürülməsini asanlaşdırır və sinir hüceyrələrinin qurulmasında rol onayır. Bunun sayəsində uşağın yaddaşı, diqqəti, diqqətini cəmləmək qabiliyyəti inkişaf edir. Buna görə də, uşağınızın qida rasionuna daha çox balıq və dəniz məhsulları daxil edin.

2. Yumurta sarısının tərkibində sink, eləcə də beyin funksiyası üçün vacib olan yaddaşı gücləndirən xolin var. Diqqəti toplamaq qabiliyyətini yaxşılaşdırır.

3. Qoz və araxis (yerfındığı). Qoz mərkəzi sinir sisteminə müsbət təsir edən maddə - serotoninin səviyyəsini artırır. Yerfındığı isə beyindəki sinir membranlarını qoruyan antioksidant olan E vitamini mənbəyidir.

4. Süd və qatıq. Süd məhsulları zülal və beyin toxumasının böyüməsi, neyrotransmitterlərin və fermentlərin formalaşması üçün vacib component olan B qrupu vitaminləri ilə zəngindir. Uşaqlara qatıq, az yağlı xama, süd və s. verin.

5. Yağsız mal əti. Yağsız ət beynin koqnitiv funksiyasının yaxşılaşmasına kömək edən dəmir və sink mənbəyidir. Ət bədəndə dəmirin sorulmasını yaxşılaşdıran C vitamini ilə zəngin qidalarla birlikdə yeyilməlidir (pomidor, bolqar bibəri, portağal, çiyələk).

6. Giləmeyvələr - çiyələk, qaragilə, albalı, moruq, böyürtkən və s. xərçəngin qarşısını alan antioksidantlar ehtiva edir. Xüsusilə, çiyələk və qaragilə tərkibindəki yüksək miqdar vitamin və antioksidantlar sayəsində yaddaşı yaxşılaşdırır, moruq, çiyələk, böyürtkən və çiyələyin tumları isə omeqa-3 ilə zəngindir.

7. Tam taxıllarda sinir sistemini qidalandıran B vitaminləri, həmçinin beyinin normal fəaliyyəti üçün lazım olan qlükoza və qlükozanın qana daxil olma miqdarını tənzimləyən lif var.

8. Yulaf əzməsi uşaq üçün ən yaxşı səhər yeməyidir, çünki tərkibində E, B vitamini, kalium və sink var. Bu elementlər və vitaminlər uşaqların tam intellektual potensialını reallaşdırmağa kömək edir. Yulafı una qarışdıraraq piroqlara, peçenyelərə və digər şirniyyatlara qatmaq və ya sadəcə tavada qoz-fındıqla qovurub qatıq və ya südlə təqdim etmək olar. Səhərlər meyvə-tərəvəzdən şirə hazırlayırsınızsa, şirəyə bir az çiy üyüdülmüş yulaf əlavə edin.

9. Paxlalılar. Lobya, noxud və mərcimək qan şəkərini cüzi qaldıran kompleks karbohidratlar, zülal və lif, bundan başqa, vitamin və minerallar sayəsində çox faydalıdır.

10. Qara şokolad - beyin fəaliyyətinə faydalı təsir göstərməklə yanaşı, əhval-ruhiyyəni qısa zamanda qaldıra bilir.

11. Rəngarəng tərəvəzlər - pomidor, brokoli, badımcan, balqabaq, kök, ispanaq, bolqar bibəri, qarğıdalının tərkibində zədələnmiş hüceyrələri bərpa edən çoxlu miqdarda antioksidant var.

12. Avokado - tərkibində çoxlu monodoymuş yağlar var ki, bu da beyin toxumasının qan təchizatını yaxşılaşdırır. Tərkibində olan yükək miqdarda kalium sinir və zehni fəaliyyəti yaxşılaşdırır.

Bütün bunlarla yanaşı, uşağın menyusuna kolbasa, ət və balıq konservləri, mayonez, marqarin, fast food, şirin qazlı içkilər, çipslər daxil etməyin və şəkərdən istifadəni azaldın!


İmmuniteti gücləndirən qida məhsulları



S a ğ l a m    n ə s i l  bölməsində digər yazılar >>