Həyatınızı rahatlaşdıracaq 10 vərdiş

[читать на русском]

Stresdən qurtulmağın yolları

Əksər insanlar, xüsusən də qadınlar səhərdən axşama qədər qaçaqaçda olsalar da, gündəlik işlərin çoxluğu, həmişə yarımçıq qalan işlər onlara rahatlıq vermir, daim gərginlikdə saxlayır.

Cəmi 10 vərdiş sizi gündəlik təlaşdan xilas edəcək və həyatınızı rahatlaşdıraraq, stresdən qurtulmağınıza, daha rahat yaşamağınıza yardımçı olacaq.

1. Ehtiyacınız olmayan hər şeyi atın, satın və ya bağışlayın
Çox əşya çox iş deməkdir. Narahatlığınızı anında azalda biləcək və həyatınızı rahatlaşdıracaq ilk iş artıq əşyalardan qurtulmaqdır - yalnız lazımlı, müəyyən təyinata malik və ya pozitiv dəyəri olan əşyaları saxlayın, qalanları boş enerji sərfindən başqa bir şey deyildir.

2. Mütəşəkkil olun
Hər işinizdə mütəşəkkil olun. Sənədlərinizı qovluqlara yerləşdirməli, fakturalarınızı alar-almaz yerbəyer etməlisiniz. Paltarlarınız dolabda elə yerləşdirilməlidir ki, onları tapmaq asan olsun. Yalnız gündəlik istifadə etdiyiniz əşyalar əlinizin altında olmalıdır. Əgər hər bir əşyanızı düzgün yerləşdirsəniz, nadir hallarda istifadə etdiyiniz bəzi əşyaların yerini təxmin etmək heç də çətin olmayacaq, beləliklə də, lazım olan əşyanı axtararkən yaşadığınız təşvişdən qurtulacaqsınız.

3. Ehtiyacınız olmayanı almayın
Bu, lazımsız şeylərdən qurtulmağın digər çətin tərəfidir. Atılan əşyaların yerini ehtiyacınız olmayan başqa zir-zibillə doldurmayın. Yeyə bildiyiniz qədər ərzaq alın, geyim və digər zəruri əşyaları alarkən diqqətli və seçici olun.

Bir düşünün: Onu həqiqətən istifadə edəcəksinizmi? Həqiqətən onu almaq istəyirsinizmi, yoxsa indi onu almaqla özünüzü daha yaxşı hiss edəcəksiniz? İnanın, etibarlı bank hesabınızın olduğunu və özünüzü idarə etmək iqtidarında olduğunuzu bilmək sizi daha yaxşı və rahat hiss etdirəcək.

4. İmkan daxilində özünüzü işdən üstün tutun
Əlbəttə ki, bəzi istisnalar olacaq - ödəliklərinizi yerinə yetirmək üçün bəzən yatmazdan qabaq vacib bir mesaja baxmaq üçün vaxt ayırmaq məcburiyyətində qalacaqsınız. Bununla belə, bilməlisiniz ki, siz təkcə işinizdən və qazandıqlarınızdan ibarət deyilsiniz.

5. Sizi rahatladan işlərə vaxt ayırın
Əgər bardaş qurub oturaraq nəfəs məşqləri etmək sizlik deyilsə, sizə uyğun olanı tapın. Gərginliyinizi aradan qaldıran və anı yaşamağa imkan verən, bir sözlə, sizi rahatladan bir şey edin. Lazım gələrsə, avtomobilin pəncərələri açıq, yüksək səsli musiqi ilə uzun bir yola çıxın. Sizinki rəqsdirsə, hər gün otağınızda rəqs edin. Əgər bu rəsmdirsə, çəkməyə vaxt ayırın.

6. Rutin işləri terapiyaya çevirin
Məsələn, vanna qəbul etmək... Uzun bir günün sonunda isti duş və ya vanna sizi stresdən azad edəcək. Bunu terapiyaya çevirmək üçün bir neçə şam yandırın, sevimli musiqinizi qoyun və fikrinizi dincəlməyə cəmləşdirin.

7. Gündəlik tutun
Sitatları, ideyaları və sevimli parçaları - bir sözlə, sizi düşündürən və ruhlandıran hər şeyi yazacağınız bir qeyd dəftəri alın. Ağlınıza gələn bütün xırda məqamları, ilham, iş, münasibətlər və s. kimi bölmələrə ayıraraq yaza bilərsiniz. Həmçinin, öz həyat hekayənizi yazmaqdan da çəkinməyin. Ş əxsi dəftər kimi olsa da, öz fikirlərinizi, müşahidələrinizi və sizə təsir edən şeyləri gündəliyinizə yaza bilərsiniz. Geriyə baxdığınız zaman sizə ən çox təsir edən məqamları və həyatınızda dəyişdirmək və ya yaxşılaşdırmaq istədiyiniz məqamları görəcəksiniz.

8. Gecələr şam yandırın
Alovun özü valehedici və sakitləşdiricidir; bu, evinizin və ya otağınızın qoxusunu yaxşılaşdıracaq və xoş bir atmosfer yaradacaq, həyatınızı rahatlaşdırmağa yardımçı olacaqdır.

9. Hər gün içdiyiniz qəhvə/çayı ballı və limonlu su ilə əvəz edin Bu sakitləşdiricidir və sağlamlıq üçün çox faydalıdır. Həm də lattedən daha ucuz və təbiidir.

10. Mənfi insanlarla ünsiyyəti kəsin
Yox deməyi bacarın və bunun üçün üzr istəməyə ehtiyac yoxdur. Sizi kobud və ya ədəbsiz adlandıra bilərlər - qoy elə olsun. Öz rahatlığınız bahasına başqalarının xoş əhvalını təmin etməyə məcbur deyilsiniz.



Psixologiya bölməsində digər yazılar >>