Stresdən qurtulmağın yolları
Bədənimiz gün ərzində topladığımız bütün mənfi emosiyalara çox həssas reaksiya verir. Yaşadığımız bütün neqativ hallar stress şəklində toplanaraq bizə rahatlıq vermir, həyatımızı zəhərləyir. Bəs stresdən necə qurtulaq?
Stress nələrə səbəb olur?
Rəhbərliklə mübahisə edən kimi, yüksək tonda danışan kimi, baş ağrısı dərhal özünü göstərir. Hətta ağrıkəsicilər də kömək etmir, çünki səbəb daimi stresə səbəb olan iş atmosferidir.
Araşdırmalar göstərib ki, narahatlıq, qorxu, əsəb gərginliyi, həyəcan bədənimizdə adrenalin və kortizol istehsalını artırır. Xroniki stress zamanı bu hormonlar qanımızda daim mövcud olur, bu da bədənin işinin pozulmasına səbəb olur.
Gərginlik yaşayaraq, boyun və bel əzələlərini qeyri-ixtiyari olaraq gərginləşdiririk və bununla da onlarda şiddətli spazmlar yaranır, baş ağrısına səbəb olur. Keçirdiyimiz gərginlik tənəffüs prosesinin pozulmasına gətirib çıxarır ki, bu da oksigen aclığının səbəbi olur. Həmçinin, güclü gərginlik və narahatlıq qəbizlik və ishalla nəticələnə bilər. Bundan başqa, stress hormonal dəyişikliklərə gətirib çıxarır və sızanaqların, müxtəlif dəri iltihablarının yaranmasına səbəb olur.
Hər gün mənfi emosiyalara və təsirlərə məruz qaldığımız üçün onlara müqavimət göstərməyi öyrənməliyik. Axı stress sağlamlığımıza zərər verir və tez-tez soyuqdəymə, həzm problemləri, boyun və bel ağrıları, baş ağrıları, dəri iltihabına səbəb olur.
Stresdən qurtulmağın yolları
Stressin qarşısını almaq üçün mütəmadi olaraq idman etmək lazımdır. Bunun bir çox variantı var: qaçış, gəzinti, televizorun qarşısında gimnastika. Fiziki məşqlər stress hormonlarının səviyyəsini azaldır, nəfəs normallaşır, ürək döyüntüsü sabitləşir, immunitet güclənir.
Gündə bir neçə dəfə əzələləri rahatlamağa yönəlmiş məşqlər edin: seçilmiş əzələ qrupunu şüurlu şəkildə sıxın və sonra boşaldın. Bu məşqə ayaq əzələlərindən başlayın və tədricən boyun, çiyin və üzün əzələlərinə keçin.
Tənəffüs gimnastikası da stressi aradan qaldırmağa, tənəffüsü, həzmi normallaşdırmağa kömək edir. Bunun üçün dərindən nəfəs alın, nəfəsinizi bir az tutun, nəfəsinizi tam verin və yenə də nəfəsinizi tutun. Daha dəqiq icra etmək üçün pranayama - müalicəvi tənəffüs texnikasına yiyələnin. Bu sikli bir neçə dəfə təkrarlayın. Hər dəfə özünüzü gərgin hiss etdiyiniz zaman bu məşqi edin.
İş günündən sonra meditasiya və rahatlaşdırıcı masaj seansları keçirin. Sakit bir otağa çəklin, gözlərinizi yumun və özünüzü ən şox zövq duyğduğunuz bir yerdə təsəvvür edin: dəniz sahilində, meşədə, sirli bir qalada. Dalğaları, dəniz havasını, quşların nəğməsini mümkün qədər aydın təsəvvür edin.... Təsəvvürünüzdə ideal istirahət yerinizi yaradın və gün ərzində yorğunluğu atmaq, dincəlmək və güc qazanmaq üçün oraya qayıdın.
Bütün problemlərinizin həllinə inanın. Mənfi münasibət yalnız lazımsız narahatlıqlarınızı artırır. Pozitiv düşünün, çünki vəziyyətə qarşı münasibətinizi dəyişdirməklə, fiziki vəziyyətinizi dəyişirsiniz. Unutmayın: stresə qarşı ən yaxşı silah optimiz və həyatsevərlikdir.
Psixologiya bölməsində digər yazılar >>