Qozlu sous ilə badımcan salatı

[читать на русском]

Qozlu sous ilə badımcan salatı

Tərkibi:
badımcan-300-350 q
pomidor-200-250 q
bitki yağı
duz
Sous üçün:
bir ovuc qoz-30-40 q
sarımsaq-1 diş
reyhan
duz, istiot,
lazım gələrsə, 2 xör. qaşığı xama və ya bulyon və yaxud da su

Hazırlama qaydası:
Badımcanları soyuruq, uzununa 4 və ya 8 hissəyə bölürük, bitki yağı ilə yağlanmış soba qabına düzürük. Badımcanları fırça ilə yağlayırıq və bir az duzlayırıq. 200 dərəcədə yumşalana qədər bişiririk (30 dəqiqə). Sobadan çıxarıb, soyuduruq.

Pomidorları pörtlədirik, soyuruq, yarıya bölüb tumlarını çıxarırıq. Kiçik kublar şəklində doğrayırıq, bir qaba qoyub duzladıqdan sonra (1/5 çay qaşığı duz) 5 dəqiqə saxlayırıq.

Qoz ilə sarımsağı sürtgəcdən keçiririk. Pomidor suyunu qozlu kütləyə əlavə edirib, qarışdırırıq (sousu hazırlamaq üçün blenderdən istifadə edə bilərsiniz). Sous quru alınırsa, bulyon və ya su tökün və ya xama əlavə edin. Sous qatı olmalıdır. Zövqə görə duz və istiot əlavə edirik. Üzərinə xırda doğranmış reyhan əlavə edirik.

...Nuş olsun.



Şəfa mənbəyi qidalar >>