Çiyələkli Raffaello

[читать на русском]

Çiyələkli Raffaello

Bu dadlı şirniyyat həm faydalı, həm də zövqlüdür. Üstəlik, hazırlanması çox asan və rahatdır.

Tərkibi:
kəsmik-500 q
çiyələk - 400 q (kiçik giləmeyvə)
yumurta-2 ədəd.
kərə yağı-70 q
şəkər və ya duru bal-180 q
un - 2 stəkan
Kakos ovuntusu və üyüdülmüş üuru çörək (suxari).

Hazırlanması:

Şəkəri yumurtalara əlavə edirik. Yumurta və şəkəri çırpırıq, tədricən kərə yağı və kəsmik əlavə edirik. Sonra un əlavə edib qarışdırırıq. Yüngül, havalıbir xəmir alınır.

Qazana su doldurub, qaynaması üçün qazın üstünə qoyuruq və çiyələkli toplar hazırlamağa başlayırıq.

Əllərimizi una batırırıq, xəmirdən kiçik parçalar götürürük və "sürprizimizi", yəni çiyələyi gizlədə biləcəyimiz ölçüdə toplar düzəldirik (zövqəgörə başqa meyvə istifadə etmək olar).

Hazır topları qaynar suya atırıq və suyun üzünə çıxdıqdan sonra təxminən 3 dəqiqə bişiririk. Üzə çıxan topları kəfkirlə çıxarırıq, soyumasını gözləyirik, sonra kakos və suxari ovuntusu qarışığında yuvarlayırıq (suxarini üyüdülmüş qozla əvəz etsəniz daha gözəl olar).

...Nuş olsun.



Şəfa mənbəyi qidalar >>