Gün ərzində bütün işləri çatdırmağın 7 qaydası
Həyat tempimiz sürətli, işlərimiz isə çox olduğu üçün sanki həyatımız əlimizdən axıb gedir. Saatın əqrəbləri sürətlə fırlanır. Yaxınlarımıza, özümüzə bizim üçün həqiqətən dəyərli olan şeylərə ayırmağa vaxtımız çatmır. Bundan başqa, işdəki və evdəki işlərin ucbatından, maraqlandığımız sahələrə, idmana, əyləncəyə vaxt ayırmaq mümkünsüz olur.
Səhərdən axşama qədər vurnuxmadan canımızı qurtararaq, bütün işləri neçə çatdıra bilərik?
Ən əsası - öz məqsədlərinizi və prioritetlərinizi müəyyən etməlisiniz. Çox vaxt biz vaxtımızı bizi məqsədlərimizə doğru aparmayan işlərə sərf edirik.
Məqsədlərinizdən asılı olaraq, prioritetlərinizi müəyyən edin və gündəlik işlərinizi saatlar üzrə planlaşdırın.
Sizin üçün rahat olan, özünüzə məxsus planlaşdırma üsulu düşünün. Kimin üçünsə bloknotda qeydlər aparmaq, kimin üçünsə elektron gündəlik tutmaq rahatdır. Ümumi qayda yoxdur. Əsas - sizin rahatlığınız və şəxsi istəyinizdir.
1. Həftədə bir dəfə, məsələn, bazar günü axşam gələn həftə görülməli işləri qeyd edin və onları günlərə bölün.
2. Bəzi işləri eyni zamanda görməyə çalışın. Məsələn, nəqliyyatda gedərkən öyrənmək istədiyiniz dillə bağlı kitab oxuyun və ya audio-yazı dinləyin. Növbədə ideyaları yazmaq və plan tərtib etmək olar.
3. Hər günə mütləq görməli olduğunuz bir və ya iki "böyük" iş planlaşdırın.
4. Vaxtınızı səmərəli sərf edin. Nə qədər vaxtınızı televizora baxmağa və ya internetə sərf edirsiniz? Axı həmin vaxtı daha effektiv keçirə bilərsiniz.
5. İşlərinizi planlaşdırın və hər işə məhdud vaxt ayırın. Məsələn, yazı yazmağa bir saat ayırın. Beləliklə nəticədə əldə edəcəksiniz. Amma konkret vaxt ayırmasanız, bütün gününüzü yazıya həsr edə bilərsiniz. Bizim beynimiz belə qurulub. Əgər işin görülməsi üçün vaxt qoyulubsa, beyin daha sürətli çalışır.
6. Həyatınızın bütün sahələrində balansı qoruyub saxlayın. Həftə ərzində hər sahəyə - işə, öhdəliklərə və istirahətə vaxt ayırmağa çalışın. Onlardan heç birini ötürməyin.
7. Özünüzü intizamlı olmağa, yaxşı vərdişlər qazanmağa öyrədin. Belə olduqda hər işinizi çatdıracaqsınız!
Psixologiya bölməsində digər yazılar >>