Qozlu və sarımsaqlı toyuq filesi

Qozlu və sarımsaqlı toyuq filesi

Tərkibi:
toyuq filesi - 300 q
baş soğan - 2 əd.
qoz - 100 q
sarımsaq - 15 q
kərə yağı - 5 q
smetan - 200 q
duz
cəfəri

Hazırlanışı:
Toyuq filesini 30-40 q-lıq tikələrə bölürük, yağda qızardırıq, üzərinə qaynar su tökürük, halqa şəklində doğranmış baş soğanı və smetanı əlavə edərək 10-15 dəqiqə pörtlədirik.

Hazırlanmış kütləyə doğranmış qoz və əzilmiş sarımsaq, istiot, xırda doğranmış cəfəri əlavə edərək, yenə 5-10 dəqiqə pörtlədirik. Ləzzətli toyuq filemiz hazrdır.

Ləzzətli qozlu və sarımsaqlı toyuq filesini təkbaşına və ya düyünün, kartof püresinin, makaronun yanında qarnir olaraq süfrəyə vermək olar.

...Nuş olsun.



Şəfa mənbəyi qidalar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin