Yulafla faydalı südlü kokteyl

Yulafla faydalı südlü kokteyl

Bu faydalı südlü kokteyl çox faydalı və sağlamlığın dəstəklənməsi üçün zəruri olan yulafın və südün gündəlik rasionda istifadə etməyin çox rahat və ləzzətli üsuludur.

Məlumdur ki, yulaf tərkibində olan faydalı yağlar sayəsində xolesterinin və şəkərin səviyyəsini tənzimləyir, şəkər tələbatını azaldır, hüceyrələrin yenilənməsinə, gəncliyin qorunub saxlanmasına şərait yaradır və stressə davamlılığı artırır. Kokteylin tərkibində yüksək miqdarda fosfor və kalsiumun olması uşaqlarda sümük böyüməsini sürətləndirir, onların dişlərini möhkəmlədir.

Tərkibi:
əzilmiş yulaf - 2 xörək qaşığı
süd - 2 stakan
tumsuz xurma - 3 ədəd (və ya 1 xör. q. xurma püresi)
vanilin - 1 paket
darçın - 1 çubuq Hazırlanışı:

Bir neçə saat əvvəlcədən xurmaları yumşalması üçün az miqdarda qaynar suya salırıq. İstəsəniz, xurmaları lazımi miqdar balla əvəz etmək olar.

Faydalı südlü kokteyli hazırlamağa başlayarkən, yulafı sıyıq vəziyyətinə gələnədək, zəif od üzərində lazımi miqdar suda qaynadırıq (adətən, 1:3 nisbətində).

Bişmiş yulafı, xurmaları (və ya xurma püresini), süd və vanilini blenderdə yaxşıca qarışdırırıq. Vanilin ətrini itirməməsi üçün sonda əlavə olunmalıdır (isti kütləyə əlavə etmək olmaz).

Bu faydalı südlü kokteyli darçın çubuğu ilə bəzədilmiş stakanda təqdim edirik. Yay fəslində yulaflı südlü kokteyli təqdim edərkən bir neçə buz parçası əlavə etmək olar.

...Nuş olsun.



Şəfa mənbəyi qidalar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin