Malayziyaya səyahət - Paytaxt şəhər Kuala-Lumpur

[читать на русском]

Maldiv adalarında istirahət

Kuala-Lumpur şəhəri Malakka (və ya Malay) yarımadasında yerləşir. O, yarımadanın cənub-qərb hissəsini tutur. Kuala-Lumpur ölkənin ən böyük şəhəridir. Bundan başqa, o, Asiyadakı bütün meqapolislər arasında inkişaf tempinə görə birinci yerdə durur. Bu inkişaf yalnız iqtisadi sahəyə deyil, həm də mədəni sahəyə aiddir. 1986-cı ildən başlayaraq, burada ildə iki dəfə Beynəlxalq Şer Qiraəti keçirilir.

Kuala-Lumpur üçün ekvatorial iqlim səciyyəvidir. Bu iqlim il boyu isti və yüksək nəmliklə özünü göstərir. Havanın orta temperaturu müsbət 30-33 dərəcədir.

Şəhərdə çoxlu sayda otellər, mehmanxanalar, kafe və restoranlar vardır. Onların qiymət siyasəti müəssisənin dərəcəsindən asılıdır. Burada cəmiyyətin ən müxtəlif təbəqələrinə aid insanlar istirahət edə bilərlər.

Kuala-Lumpur alış-veriş həvəskarları üçün əsl tapıntı ola bilər. Məsələ orasındadır ki, Malayziyanın paytaxtı gömrüksüz zonada yerləşir. Bununla əlaqədar olaraq, burada malların qiyməti kifayət qədər aşağıdır. Turistlər həm xatirə üçün müxtəlif suvenirlər, həm də ayaqqabı, geyim, saat və telefon əldə edə bilərlər.

Çin məhəlləsi küçəsi mağaza və restoranların bolluğu ilə məşhurdur. Burada həm ucuz mallar tapmaq, həm də çin mətbəxini dadmaq olar. Sakinlər mütləq müxtəlif çin çaylarının və otlardan hazırlanan içkilərin dadına baxmağı tövsiyə edirlər.

Kuala-Lumpurda uşaqlar üçün də gözəl əyləncə imkanları mövcuddur. Şəhərin özündə və şəhər kənarında xeyli sayda park və attraksionlar vardır. İncəsənətə dəyər verənlər üçün çoxlu teatr və qalereyalar mövcuddur.

Şəhərin, eləcə də bütün ölkənin vizit kartı hündürlüyü 45 metrdən artıq olan Petronas əkiz qüllələridir. Bu, dünyada ən hündür cüt tikilidir. Onları birləşdirən şüşə körpü əksər turistlərin marağına səbəb olur. Həmin körpüdən şəhərə ecazkar mənzərə açılır.

Lakin bu, Kuala-Lumpurda olan yeganə hündür tikili deyil. Belə ki, televiziya qülləsinin hündürlüyü 421 metr təşkil edir. Onun yuxarı mərtəbələrində dairəvi fırlanan qeyri adi restoran yerləşir.

Daha qədim tikililər arasında sultan Əbdül Səmədin sarayını qeyd etmək olar. Onun tikintisi XIX əsrə aid edilir. Əvvəllər burada Britaniya səfirliyi yerləşirdi.

Kuala-Lumpur turistlərə hər zövqə uyğun istirahət təklif edir. Buna görə də məzuniyyət və tətillərin keçirilməsi üçün əla seim ola bilər.



Turizm bölməsində digər yazılar >>