Fransaya səyahət
Fransa - Qərbi Avropada ən böyük ölkədir. Fransanın paytaxtı - Paris, dili - fransız dili, dini - katolik dini, əhalisi - 90% fransızlar, pul vahidi - avrodur.
Qərbdə və şimalda Atlantik okeanının, Biskay körfəzinin və La-Manş boğazının, cənubda isə Aralıq dənizinin suları ilə əhatə olunub. Quru sərhəddinin dörddə birə yaxın hissəsi İspaniya ilə sərhəddə Pireney dağları boyu, şərqdə isə Alp dağları boyu uzanır.
Ölkənin mədəniyyət mərkəzi, şübhəsiz, Paris şəhəridir. Bu şəhər b.e. X əsrindən Fransanın paytaxtıdır.
Paris tam mənası ilə hər addımbaşı görməli yerlərlə zəngindir. Site və Sen-Lui adaları şəhərin tarixi mərkəzini təşkil edir.
Sitedə Paris Notr-Dam Kilsəsi yerləşir. Bu, 1160-cı ildə əsası qoyulmuş və yalnız 1245-ci ildə tikintisi başa çatmış, qotik mədəniyyətin şah əsəri olan katolik məbədidir. Məbəd möhtəşəm qalaları, zəng qülləsi, vitrajları və heykəllərlə bəzədilmiş portalları ilə insanı valeh edir.
Kilsənin qarşısında üzərində "0 km" yazılmış kiçik dairə vardır - bu, Fransa boyu bütün məsafələrin hesablandığı başlanğıc nöqtədir. Yaxınlıqda Parisin ən qədim həbsxanası olan Konsyerjeri yerləşir.
Şəhərin əsas turizm hissəsi Senanın sağ sahilində yerləşir. Burada keçmişdə kralın iqamətgahı, hazırda isə dünyanın ən böyük və zəngin muzeylərindən biri - Lüvr muzeyi yerləşir.
Lüvrün yaxınlığında həmçinin başqa abidələr vardır. Məsələn, de Qoll meydanında Naməlum Əsgərin məzarının və Əbədi Məşəlin olduğu Zəfər alaqapısı yerləşir. Bundan başqa, dəbdəbəli mağazaların, avtosalonların, məşhur restoran və kafelərin, eləcə də Fransa prezidentinin iqamətgahı olan Yelisey sarayının və hökumət idarələrinin yerləşdiyi, "dünyanın ən gözəl küçəsi" olan Yelisey bağları da buradadır.
Şəhərin bu hisəsində həmçinin Avropanın ən böyük biznes mərkəzi olan Lya-Defans Böyük alaqapısı, şəffaf divarları olan "Qrand Arç" sərgi mərkəzi, qədim Luksor sütünu olan Həmrəylik meydanı (Parisin ən böyük meydanlarından biri - 84 min kv.m), dünyada ən böyük opera teatrı Opera Qranye, Bobur məhəlləsində (Parisin ən qədim rayonlarından biri) XX əsrin rəsm və heykəltəraşlıq əsərləri ilə zəngin olan futuristik Milli Müasir İncəsənət Muzeyi yerləşir. Onun yaxınlığında rəngarəng "Tingelli" fəvvarəsi, kiçik özəl Gəlinciklər Muzeyi və Parisin Tarix muzeyi - "Karnavale" yerləşir. Burada kral sarayının otaqlarının interyerlərindən, şəhərin maketlərindən və mebel və məişət əşyalarından ibarət kolleksiya mövcuddur.
Senanın daha yüksəkdə olan sol sahilində məşhur Eyfel qülləsi (1889-cu il, antennalarla birlikdə hündürlüyü 320 m-dir), Şayo sarayı, Kilsə və Napoleonun məqbərəsi olan Əlillər evi, Panteon - ölkənin görkəmli şəxsiyyətlərinin dəfn edildiyi Şöhrət Məbədi (Russo, Zolya, Küri, Hüqo, Volter, Mirabo və digər şəxsiyyətlərin məqbərələri buradadır), eləcə də dünyanın ən böyük tədris və elm mərkəzlərindən biri Sorbonna (Paris Universiteti, 1215-ci il - ərazisində kardinal Rişelyenin məzarının yerləşdiyi Sorbonna Kilsəsi vardır) yerləşir. Həmçinin Mars düzü və Lüksembur bağı diqqətə layiqdir.
Parisin ən yüksək nöqtəsi Monomartrdır ("Şəhidlər təpəsi", 129 m.). Burada funikulyor hərəkət edir. Monomartr fransız mədəniyyətinin simvolu, rəssam və musiqiçilərin sığınacaq yeri hesab olunur. Monomartrın simvolu - Parisə möhtəşəm panoramanın açıldığı Sakre-Kör bazilikasıdır (1876-1919).
Bazilikanın yanında küçə rəssamlarının fəaliyyət göstərdiyi Təpə meydanı vardır. Burada həmçinin çoxsaylı suvenir mağazaları və kiçik restoranlar vardır. Yaxınlıqda Monomartr muzeyi, Meriya və qırmızı kərpicdən olan qeyri-adi Müqəddəs İoann Boqoslov kilsəsinin olduğu Abess meydanı, yarıya qədər divardan çıxmış insanı təsvir edən (K.Emenin hekayəsinə illüstrasiya) abidənin olduğu Marsel Eme meydanı, eləcə də əfsanəvi "Zirək dovşan" kabaresinin olduğu Tertr meydanı yerləşir.
Avropada ən böyük əyləncə parkı olan (1943 hektar) Avrodisneylend (Parisin 32 km-də Marn-la-Vall adlı yerdə) çoxsaylı turistlərin diqqətini cəlb edir. Bu, şərti olaraq beş "ölkəyə" bölünmüş böyük bir "ölkədir" - macəralar ölkəsi "Ədvençələnd", fantaziyalar ölkəsi "Fentezilənd", gələcək ölkəsi "Diskaverilənd", "Vəhşi Qərb" ölkəsi" - "Frontirlənd" və əsas küçə - "Meyn Strit".
Fransanın dəniz sahili 3120 km uzanır. Nisbətən kiçik ərazini - Yeresdən Mentonaya qədər sahilin cəmi yüz kilometrini tutan Lacivərd Sahil çoxdan artıq ümumdünya istirahət mərkəzinə çevrilmişdir. Bütün sahil boyu dəbdəbəli otellər, restoranlar, özəl çimərliklər, butiklər və bahalı villalar vardır.
Dənizkənarı Alp dağlarının ətəklərinin əhatəsində olan Baye-dez-Angezin (Mələklər Buxtası) sahilində yerləşən Nitsa şəhəri Lacivərd Sahilin "paytaxtı" sayılır. Şəhərin ürəyi olan 5 km uzunluğunda möhtəşəm dənizkənarı bulvar - Promenad-dez-Anqle mərkəzi sahil küçəsi piyada gəzinti və istirahət üçün ideal yerdir.
Kann Napul buxtasının sahilində Nitsanın cəmi 27 km-liyində yerləşir. Bu, hər cür festivallar və memarlıq abidələri, möhtəşəm qum çimərlikləri, kilsələr və qədimi evlər şəhəridir.
Turizm bölməsində digər yazılar >>