Şaxta babanın vətəni Finlandiyaya səyahət
Finlandiya - Skandinaviya yarımadasında yerləşən özəl bir ölkədir. Burada minlərlə göl və sıx meşələr vardır. Finlandiya - insanlar arasında gəzən nağıllara görə Laplandiyada yaşayan Şaxta babanın vətənidir. Şimal ölkəsində başqa nağıl personajlarını da tapmaq olar. Məsələn, Tamperdə Mumi-trollar vadisi vardır.
Finlandiyada qış istirahəti qış idmanı növlərini: xizək sürməyi, motoxizəklərlə safarini, it və maral qoşkuları irə yarışı və s. sevənlər üçün əla variant ola bilər. Finlandiyada çoxlu görməli yerlər də vardır: camilər, muzeylər, bədii qalereyalar və s.
Finlandiyanın paytaxtı və ən böyük şəhəri Helsinkidir. Paytaxtda görməli yerlər çoxdur, lakin onlar arasında paytaxta şöhrət gətirən Havis Amand fəvvarəsi, Sibeliusu abidəsi və ən məşhur Suomenlinn qalasıdır. Üstəlik, turizm obyektləri bir-birinin iki addımlığında yerləşir. Bir sözlə, Helsinki turistlər üçün ideal şəhərdir.
Finlandiya gözəl təbiətə və möhtəşəm landşafta malik ölkədir. Şaxta babanın vətəni olan Finlandiyada qış soyuq deyil, yay isə mülayim və istidir. Belə iqlim kontinental adlanır. Qışda orta temperatur 10-15 dərəcə şaxta, yayda isə 15-20 dərəcə isti təşkil edir.
Hər bir turist istənilən ölkəyə səyahət edərkən onun adətləri, ənənələri, yerli mətbəxi haqqında öyrənməyə çalışır. Milli fin mətbəxinin yeməklərinin əksəriyyəti qədim fin xalqının tarixi irsinin izlərini daşıyır. Birinci yerdə müxtəlif üsullarla hazırlanmış balıq durur. Ən məşhur yeməklər - öz suyunda alabalıq, qızardılmış qızılbalıq, siyənək salatı, soğan və smetanla şirin su balığının kürüsü, sobada bişirilmiş kartofla siyənək, eləcə də şit xəmirdən məşhur balıq piroqudur. Ət yeməkləri əsasən maral və quş ətindən hazırlanır. Finlərin sevimli içkisi - kofedir. Kofe istifdəsinə görə ölkə dünyada birinci yeri tutur!
Şaxta babanın vətəni Finlandiyada istirahət unudulmazdır və turistlərin ürəyində və yaddaşında ən yaxşı xatirələrlə qala bilər.
Turizm bölməsində digər yazılar >>