Maldiv adalarında istirahət
Maldiv adalarının tər-təmiz çimərlikləri bütün dünyada məşhurdur. Onların bəyaz qumu və ekzotik təbiəti hər il çoxlu sayda turisti özünə cəlb edir. Bura bir müddət şəhərin səs-küyündən və qaçaqaçından canını qurtarmaq istəyən kəslər üçün ideal yerdir. Hind okeanının sahilinin mənzərələri və bu yerin inkişaf etmiş turizm infrastrukturu bura gələn turistlərin daxili yorğunluğunu aradan qaldırır və fiziki gücünü bərpa edir.
Maldiv, ilk növbədə, çimərliklər səltənəti olsa da, bütün səyahət müddətini qumun üzərində uzanmaqla keçirmək hətta çimərlik sevərlərə də yeknəsək görünər. Üzülməyə dəyməz - Maldiv adalarında görməli yerlər çoxdur.
Maldiv adalarının görməli yerləri
Belə yerlər əsasən Maldiv adalarının paytaxtı Male şəhərində yerləşir. Onlardan biri gözəl oyma naxışlarla bəzədilmiş Hukuru Meskiy məsçididir. Onun yanında üzərində minarənin ucaldığı sultanların qəbiristanlığı yerləşir.
Keçmiş sultanın sarayının ərazisində yalnız dağıntılar və bir neçə bina qalmışdır, buna baxmayaraq, möhtşəm park hələ də qorunub saxlanmışdır. Təbiətin gözəlliklərini görmək naminə olmasa da, kral ailəsinə mənsub olan nadir əşyalar kolleksiyasının toplandığı Milli muzeyə baxmaq üçün bu parka baş çəkməyə dəyər.
Malenin əzəmətli tikililərindən biri olan Coşğun Cümə məsçidini ziyarət edin. Bu gün orada İslam mərkəzi yerləşir. Onu uzun müddət axtarmalı olmayacaqsınız - onun qızılı gümbəzi demək olar ki, şəhərin bütün yerlərindən görünür. Bu memarlıq abidəsini yalnız turistlər üçün nəzərdə tutulmuş saatlarda ziyarət etmək olar.
XX əsrin əvvəllərinə aid olan Prezident dəftərxanasının binasına baş çəkin. Zamanla o, indiki hokumətin mülkiyətinə keçmişdir. Onun yanında gözəl bir park salınmışdır.
Köhnə şəhərin atmosferi yüngül və xoşagələndir - hündürmərtəbəli binalar insanı sıxmır, bütün binalar alçaqdır və kifayət qədər gözəl tərtibata mlikdir.
Maldivə dünyanın hər tərəfindən dayverlər gəlir. Buna görə də, məqsədiniz məhz bu cür istirahət etməkdirsə, əvvəlcədən dayvinq klubu olan oteli seçin. Belə etsəniz, dənizin dibinə baş vuramaq üçün uzun məsafə qət etməli olmayacaqsınız, çünki belə otellər məhz adalarda yerləşir.
Turizm bölməsində digər yazılar >>