Ukrayna alimi dua ilə müalicə üsulunun patentini almışdır
Ukrayna alimi Mixail Lazorik müxtəlif xəstəliklərin müalicəsində duaların rolunun qiymətləndirilməsi ilə bağlı uğurlu tədqiqat aparmışdır. Tədqiqat on beş könüllü üzərində həyata keçirilmişdir. Dua oxunmazdan əvvəl və sonra tədqiq olunan şəxslərin barmağından və vena damarından qan götürülmüşdür. Maraqlıdır ki, artıq birinci duanın oxunmasından sonra pasientin orqanizminin müdafiə gücünün artdığı qeyd olunmuşdur.
Alim hətta duanın insana təsirinin qiymətləndirilməsi üsulunu patentlə də rəsmiləşdirmişdir. Yəni Ukrayna dövləti rəsmi olaraq duanın xəstəliklərlə mübarizədə təsirli amil olduğunu təsdiqləmişdir.
Tədqiqatın müəllifi Ujqorod Milli Universitetinin terapiya fakültəsinin dosenti, Ukraynanın əməkdar ixtiraçısı, tibb elmləri namizədi Mixail Lazorik tədqiqat və onun nəticələri ilə bağlı sualları təfərrüatlı şəkildə cavablandırır:
- Duanın insan orqanizminə təsirinin tədqiqi ideyası haradan yarandı?
- Müasir tibb müəyyən prosesin təsirinin qiymətləndirilməsi üçün dəqiq, tədqiqatın həqiqi statistik nəticələrinə əsaslanan sübutlar tələb edir. Belə ki, kliniki müşahidələr zamanı, dini inancı olan və olmayan pasientlərin xəstəlik tarixçələrinin müşahidəsi zamanı duanın auranın ölçüsünə təsirini sübut edən faktlar məlumdur. Lakin bu cür yanaşma elm üçün inandırıcı deyil.
Buna görə də biz duanın təsiri altında pasientlərdə kapillyar qanının və venoz qanın hüceyrələrinin kəmiyyət və keyfiyyət dəyişiklliklərinin dinamikasını öyrənməyi, xüsusən də, qanda leykositlərin, neytrofillərin, limfositlərin və trombositlərin miqdarını, yaxmada və qanda neytrofillərin qələvi fosfatazasının sitokimyəvi tədqiqi və faqositoz göstəricilərini müəyyən etməyi qarşımıza məqsəd qoyduq.
- Bəs təcrübədə kimlər iştirak etdilər?
- ... 15 nəfər təcrübədə iştirak etməyə razılıq vedilər. Dua oxunmazdan əvvəl tədqiq olunan şəxsin barmağından və vena damarından qan alınırdı. Bundan sonra o ya özü, ya da etibar etdiyi başqa bir şəxs duanı oxuyurdu. Sonra təkrarən barmaqdan və venadan qan alınır və onun göstəriciləri təhlil olunurdu...
... Tədqiq olunan bütün pasientlərdə biz dua oxunduqdan sonra müvafiq göstəricilərin yaxşılaşdığını aşkarladıq. Lakin dəyişiklik dərəcəsi və həcmi müxtəlif idi. Qadınlar (5 nəfər) duaya emosional reaksiya verdikləri üçün onlarda ayrı-ayrı kəmiyyətlərin dəyişməsinin sabitliyi daha aşağı idi. Kişilərdə (10 nəfər) nəticələr davamlı idi.
- Zəhmət olmasa, daha təfərrüatlı danışın.
- Məsələn, 27 yaşlı bir pasientə ağır avtomobil qəzasından sonra sağ omba sümüyünün posttravmatik osteomeliti (ayaq sümüklərində güclü iltihabi proses) diaqnozu qoyulmuşdu. O, dua oxumaqdan imtina etdi, ona görə də onun yanında başqa bir şəxs duaları oxuyurdu.
... Dualardan sonra xəstənin venoz qanında bakteriyaların faqositozunu icra edən (məhv edən) hüceyrələrin sayı 6 dəfə, onların məhv etdiyi mikrobların sayı isə 5,5 dəfə azaldı. Eyni zamanda kapillyar qanında faqositoza uğramış mikrobların sayı iki dəfə azaldı. Beləliklə, dualar həm kapillyar qanında, həm də venoz qanda tədqiq olunan göstəricilərin gerçək dəyişikliyinə səbəb olurdu.
Xüsusən diqqətəlayiq məqam odur ki, pasientin həm kapillyarlarında, həm də venasında leykositlər eyni istiqamətdə dəyişmişdi: faqositlərin aqressiv təsirini azalmış, müdafiə gücləri sakitləşmişdi. Yəni dua prosesin gedişatını müsbət məcraya yönəltmişdi.
... Xəstə üçün 5 dua oxundu, lakin 2-ci və 5-ci dualar zamanı o, qan alınmasından imtina etdi. Heç bir stasionar müalicə almadan, bir il yarımdan sonra xəstənin vəziyyəti yaxşılaşdı. Rentgenoloji göstəricilərin də müsbət dəyişiklik dinamikası qeyd olundu.
Xəstənin müayinə nəticələri bizə duanı belə adlandırılan əhəmiyyətli fizioloji və kliniki təsirlər doğuran kiçik amillərə aid etməyimiz üçün əsas verdi. Dualarla müalicə əksər hallarda sağalmaya, pozuntuların hansısa maddi mexanizmlərinin düzəlməsinə gətirib çıxarır.
... Digər 14 xəstənin də müayinəsi və nəticələrin təhlili onların qan göstəricilərinin müsbət dəyişikliklərini göstərdi.
- Siz güman edirsiniz ki, dua məhz qana müsbət təsir göstərir?
- Məlumdur ki, qan sudan ibarətdir, buna görə də dua ilk növbədə ona təsir edir. Dua onun strukturunu mükəmməlləşdirir, tamam başqa şəklə salır, onun xassələri kökdən dəyişir. Yəni hüceyrənin tərkib hissəsi olan suyun strukturunun dəyişməsi nəticəsində qan hüceyrələrinin özünün xassələrinin dəyişilməsi mümkündür. Yeri gəlmişkən, xaricdə bu fenomen haqqında hətta elmi filmlər də çəkilib...
- Bəs pasientlər duaları hansı dildə deyirdilər?
- Ukrayna dilində. Mən ümumiyyətlə hesab edirəm ki, dua - müəyyən bir şifrədir. Və sözlərin mənasını başa düşəndə insana daha güclü təsir edir. ...Biz öz təcrübəmizlə sübut etdik ki, məhz doğma dildə oxunan dua böyük gücə malikdir.
- Tədqiqatdan sonra hansı nəticəyə gəldiniz?
- Duaların təsirindən sonra qanda baş verən böyük dəyişikliklər (faizlərlə yox, dəfələrlə ölçülən!) ateist nəzəriyyələri inkar edir və duanın orqanizmə təsirini sübut edir. Bir sözlə, təklif etdiyim insan orqanizminə duaların təsirinin qiymətləndirilməsi üsulu artıq Ukraynanın 80967 ¹-li patenti ilə qorunur.
Pozitiv və neqativ enerjinin sağlamlığa təsiri
Sağlam aura bölməsində digər yazılar >>