Bədənimizdəki çakraları necə açmaq olar?

Bədənimizdəki çakraları necə açmaq olar?

Öz çakralarınızı açmağa (təmizləməyə) nail olmaq üçün çakralar haqqında ətraflı məlumata malik olmaq, onları bədəndə hiss etməyi öyənmək lazımdır. Bundan sonra çakraları açmağa cəhd etmək olar.

Sizi maraqlandıran çakranın əlverişli vəziyyətinə nail olmaq üçün digər çakraları aktivləşdirmək - aşağı çakralardan başlayaraq, tədricən yuxarı qalxmaqla ardıcıllıqla hər birini təmizləmək lazımdır. Hər çakraya bir neçə dəqiqə sərf edin.

Meditasiya vəziyyətinə girin, yəni bardaş quraraq oturun və ya stulda əyləşin, belinizi düz tutun, tam rahatlanın, dərindən nəfəs alın və heç nə haqqında fikirləşməyin, yalnız nəfəsinizi izləyin.

Birinci çakranı (Muladhara) təmizləmək üçün, meditasiya vəziyyətindəykən büzdüm nahiyəsində enerji ilə dolu, parlaq qırmızı kürənin titrəyərək, bədəninizi həyat enerjisi ilə doldurduğunu təsəvvür edin. Bir neçə dəqiqə ərzində birinci çakranı aktivləşdirdikdən sonra onurğa sütunu ilə yuxarı qalxın.

Qırmızı kürənin ardınca, ikinci çakranızda (Svadhisthana) - göbəkdən bir neçə barmaq aşağıda enerji ilə dolu narıncı kürənin titrəyərək, bədəninizi həyat enerjisi ilə doldurduğunu təsəvvür edin.

Narıncı kürənin ardınca, onurğa boyu yuxarı qalxaraq, üçüncü çakranızda (Manipura) - günəş kələfi nahiyəsində eyni qaydada sarı kürəni, sonra dördüncü çakrada (Anahata) - ürək nahiyəsində yaşıl kürəni, beşinci çakrada (Vişuddha) - boğaz nahiyəsində mavi kürəni, altıncı çakrada (Acna) - alında göy kürəni, yeddinci çakrada (Sahasrara) - təpə nahiyəsində isə gözəl, enerjiylə dolu, bənövşəyi kürənin titrəyərək bədəninizə öz enerjisini ötürdüyünü təsəvvürünüzdə canlandırın.

İnsanın çakralarını hansı daşlar dəstəkləyir?

Konkret çakranı dəstəkləmək üçün həmin çakranı təcəssüm edən daşla bəzək əşyası istifadə etmək olar:

Muladhara - rubin, süleymandaşı
Svadhisthana - kəhrəba və s.
Manipura - topaz, turmain və s.
Anahata - çəhrayı kvars və ya avantürin və s.
Vişuddha - akvamarin, xrizopraz və s.
Acna - sirli flüorit daşı
Sahasrara - şəffaf kvars


Auranı necə təmizləmək və gücləndirmək olar?      >>


Sağlam aura bölməsində digər yazılar >>