Antibakterial təmizlik vasitələri nə dərəcədə faydalıdır?

[читать на русском]

Antibakterial təmizlik vasitələri nə dərəcədə faydalıdır?

Bu gün satışda çoxlu antibakterial təmizlik vasitələri, məsələn, antibakterial yuyucu tozlar, sabunlar, təmizlik vasitələri, salfetlər, hətta corablar da vardır. Həmin məhsullara alıcılar tərəfdən maraq yüksəkdir. Bizim əllərimiz, üzümüz, demək olar ki, bütün dərimiz bu vasitələrlə təmasdadır. Lakin sağlamlığımızı dəstəkləmək üçün zəruri olan faydalı bakteriyaların zəruriliyini unutmaq olmaz.

Belə ki, insan orqanizmində sağlamlıq üçün faydalı olan təxminən 100 trilyon mikrob və bakteriya yaşayır. Bədənimizin demək olar ki, hər nöqtəsində - kirpiklərimizdən tutmuş, bağırsaqlarımıza qədər - mövcud olan faydalı bakteriyalar sağlamlığımız üçün mühüm rol oynayır. Elmi sübut olunmuşdur ki, antibiotiklər, yalnış qidalanma, ətraf mühitin çirklənməsi və antibakterial vasitələr bu bakteriyaları məhv edir.

Nəticə etibarilə, antibakterial vasitələr həm zərərli mikrobları, həm də orqanizmimiz üçün olduqca zəruri olan faydalı bakteriyaları məhv edir.

Bütün mikroblardan qurtulmağa çalışmaq kökündən yalnışdır

Əslində bədənimizi və ətrafımızdakı əşyaları bütün miroblardan təmizləmək fikri özü yalnışdır. Bu bakteriyaların əksəriyyəti immunitetimizi möhkəmlədir, bağırsaq floramızı təkmilləşdirərək, həzm sisteminin normal fəaliyyətini təmin edir. Toxunduğumuz hər şeyi antiakterial vasitələrlə təmizləsək, bu, immunitetimizi zəiflədər və hətta yüngül soyuqdəymə belə vəziyyətimizin ağırlaşmasına səbəb ola bilər.

Kimyəvi maddələr su ilə bizə qayıdır

İstifadə etdiyimiz antibakterial vasitələrin tərkibinə daxil lan kimyəvi maddələr suya qarışaraq, ətraf mehitə yayılır və istifadə etdiyimiz su ilə bizə qayıdır.

Antibakterial vasitələr hətta ana südünə də daxil olur

Əksər antibakterial sabunlar və digər vasitələr, triklosan və ya triklokarbon kimi, geniş təsir spektrinə malik kimyəvi maddələr ehtiva edir. Triklosan yalnız sabunların deyil, həm də diş pastalarının və antiperspirantların tərkibinə daxildir.

Elmi tədqiqatlar göstərir ki, orta hesabla 0.1 - 0.3 % bu maddələri ehtiva edən vasitələrin istifadəsi nəticəsində triklosan dəri, ağız və həzm sistemi vasitəsilə orqanizmə daxil olur. Bu maddələrin orqanizmdn kənarlaşması vaxtı 24 saat olmalı olsa da, tədqiqatlar zamanı ana südündə, qanda və sidikdə aşkarlanmışdır.

Antibakterial vasitələr astma və allergiyanın səbəbidir!

Məsələ uşaqlarla bağlı olduqda, biz antibakterial vasitələrlə daha ehtiyatlı davranmalıyıq. Əlbəttə, uşaqlara təmizlik lazımdır, lakin müəyyən həddə. Uşağın əzələlərinin inkişafı üçün ona qaçmaq, tullanmaq, hərəkət etmək lazım olduğu kimi, möhkəm immunitet üçün onun bizi əhatə edən bakteriyalarla təmasda olması lazımdır.

Uşaqlar erkən yaşda mikroblarla təmasda olmasalar, gələcəkdə uşaq asanlıqla xəstələnə bilər və astmaya, allergiyaya və avto-immun xəstəliklərə meylli olar. Belə ki, allergiya və astmadan əziyyət çəkən uşaq və böyüklərin sayının artması həddən artıq gigiyenanın, daha dəqiq, güclü antibakterial vasitələrin istifadəsinin nəticəsidir. Buna görə də, analar xüsusi ehtiyac olmadan güclü antibakterial təmizlik vasitələrinə əl atmadan, mənzilin təmiz su və sabunla və ya digər təbii vasitələrlə (soda, sirkə) təmizlənməsinə üstünlük verməlidirlər.

Super-mikrobları biz özümüz yaradırıq!

Antibakterial vasitələrin həddən çox istifadə olunmasının ikinci mənfi təsiri super mikrobların daha asan meydana çıxmasıdır. Kimyəvi təmizlik vasitələri ətraf mühiti antibakterial maddələrlə çirkləndirir. Ətraf mühitə yayılmış antibakterial maddələr ətraf mühitdə olan mikrobların zamanla super-mikroba çevrilməsinə səbəb olur. Bu super-mikroblar - xəstəlik yaratma qabiliyyəti yüksək olan və antibiotiklərə davamlı bakeriyalardır. Bizim orqanizmimizi qorumalı olan, amma bakteriyalarla mübarizədə möhkəmlənməmiş və zəif immunitetimiz həmin super-mikroblarla rastlaşdığı zaman xəstəlikdən qaçmaq qeyri-mümkün olur.

Normal sabun heç də antibakterial sabundan pis təmizləmir

2015-ci ilin avqust ayında elan edilmiş elmi tədqiqatın nəticələrinə əsasən, normal sabun bakteriyaları təmizləməkdə effektivliyinə görə triklosan ehtiva edən antibakterial sabundan heç də geri qalmır. Əlləri yaxşı təmizləmək üçün adi sabunla 20 saniyə sürtmək və təmiz su ilə yumaq lazımdır. Mənzili təmiz ilıq su, hidrogen peroksid, təbii sabun istifadə etməklə lazımınca təmizləmək olar.

Nə zaman antibakterial vasitənin istifadəsi vacibdir?

Bəzi hallarda məhz antibakterial təmizlik vasitəsinin istifadəsi vacibdir. Belə ki, evdə ağər xəstə və ya immuniteti zəifləmiş kimsə olduğu halda, antibakterial vasitələrin istifadəsi faydalı ola bilər.


Kimyasız EVİM bölməsində digər yazılar >>