Kiçik mənzilinizi maksimum genişləndirməyin 5 qaydası
Bəzən çox böyük sahəsi olan mənzil də narahat, darısqal və cansıxıcı görünə bilər. Çünki mühüm olan məzilin sahəsinin ölçüsü deyil, həmin sahədən necə istifadə etməyimizdir.
Kiçik mənzillərin əbədi problemi saxlama yerinin olmamasıdır. Problemin həlli daha böyük sahəsi olan mənzilin alınması ola bilər. Ancaq maddi imkanlar məhduddursa nə etməli? Aşağıdakı 5 qaydaya əməl etməklə, məhdud yerinizi artıraraq, mənzilinizi daha geniş və rahat edə bilərsiniz:...
Çoxları evi tarakanlardan təmizləmək üçün kimyəvi maddələrdən istifadə edir və ya həşəratları məhv etmək üçün xüsusi xidmətlərdən istifadə edirlər. Bununla belə, bu üsulların bir sıra mənfi cəhətləri vardır.
Evimiz qalamızdır. Burada mənəvi və fiziki istirahət təmin etmək üçün gözəllik və rahatlıq hökm sürməlidir. Beləliklə, evimizin bütün gözləntilərimizə cavab verməsini necə təmin edə bilərik? Bahalı təmir işləri aparmağa və ya mebel dəyişdirməyə ehtiyac yoxdur, hər şey daha sadədir:...
Dəri aksesuarlara keyfiyyətinə, təbiiliyinə və davamlılığına görə üstünlük verilir. Xüsusilə dəri ayaqqabılar, çantalar və cüzdanlar, demək olar ki, hər gün istifadə olunur. Gündəlik istifadə nəticəsində cüzdan çirklənir. Belə bir dəri aksessuar son dərəcə səliqəsiz görünür. Ləkələri təmizləmək və...
Bu gün satışda çoxlu antibakterial təmizlik vasitələri, məsələn, antibakterial yuyucu tozlar, sabunlar, təmizlik vasitələri, salfetlər, hətta corablar da vardır. Bizim əllərimiz, üzümüz, demək olar ki, bütün dərimiz bu vasitələrlə təmasdadır. Lakin sağlamlığımızı dəstəkləmək üçün zəruri olan faydalı bakteriyaların zəruriliyini unutmaq olmaz...
Çay sodası insanlara çoxdan məlumdur. Hələ qədim misirlilər bu məhlulu evdə, həm də mumyalama zamanı istifadə edirdilər. Müasir insanlar da çay sodasını evdə istifadə etməyi öyrənmişlər.
Əksər insanlar qab yuyarkən kimyəvi tərkibli yuyucu vasitələrdən istifadə edirlər. Lakin bu kimyəvi birləşmələrin hətta qabları dəfələrlə suyla yaxaladıqdan sonra da qabların səthində qalaraq, qida qəbulu zamanı bədənimizə daxil olduğunu, orqanizmimizdə, xüsusən qara ciyərimizdə toplanaraq, tədricən ciddi sağlamlıq problemlərinə səbəb olduğunu heç də hamı düşünmür...
"Qab yumaq üçün təbii və zərərsiz vasitələr" yazımızda qeyd etdiyimiz kimi, qabları kimyəvi tərkibli yuyucu vasitələrlə yuduqdan sonra qabların səthində qalan zərərli kimyəvi maddələrdən özümüzün və ailə üzvlərimizin sağlamlığını qorumaq üçün aqressiv zərərli yuyucu vasitələri təhlükəsiz və effektivlikdə heç də geri qalmayan təbii vasitələrlə əvəz etmək...
Yediyimiz bütün qidalar məhz mətbəxdə hazırlanır. Buna görə də yediyimiz qidanın gigiyenası birbaşa mətbəxdə gigiyena qaydalarına nə dərəcədə əməl edilməsindən asılıdır. Demək, mətbəx təmizliyi sağlam qidalanmanın əsas şərlərindən biridir.
Bəzi işlərdən sonra istəmədiyimiz qoxular evimizə və ya bədənimizə hopur və adi qaydada məkanı havalandırmaqla və ya yuyunmaqla həmin qoxuların kənarlaşdırılması mümkün olmur. Bu səbəbdən, aşağıdakı üsulları tətbiq eməklə xoşagəlməz qoxulardan xilas ola bilərik:...