Zinət əşyalarını necə təmizləməliyik?
Zinət əşyalarını sevməyən qadın tapmaq çətindir. Zinət əşyaları qadınları bəzəyir, lakin cəzbedici görünüşünü qoruması üçün onlar qulluq tələb edir.
Gümüş zinət əşyaları tez qaralmağa meyllidir. Ərpi təmizləmək üçün zinət əşyasını ilıq sabunlu su ilə yuyun, sonra ammonoyak (naşatır spirti) və diş tozundan ibarət qarışığa batırılmış yumşaq bir parça ilə təmizləyin.
Gümüş əşyaları həmçinin ammonyaklı ilıq sabunlu suda yumaq (1 litr suya 1 xörək qaşığı ammonyak), yaxalamaq və quruyanadək silmək olar.
Çay sodası da gümüş zinət əşyalarını təmizləmək üçün yaxşı vasitədir.
Mis bilərziklər təbaşir və ya çay sodası ilə yaxşı təmizlənir. Bundan sonra onları parıldayana qədər quru yumşaq bir parça ilə sürtmək lazımdır.
Qızıl zinət əşyalarına gəldikdə isə, onları sabunlu suya salaraq, yumşaq diş fırçası ilə ehtiyatla sürtməklə təmizləmək olar. Qızıl boyunbağını tətmizləməyin daha rahat üsulu onu butulkanın içinə ataraq, şüşəni bir az silkələməkdir. Sonra boyunbağı dəsmalla qurudulmalıdır.
Üzüyü təmizləyərkən, ən çox tozun yığıldığı daşın altına diqqət yetirmək lazımdır. Daşı təmizləmək üçün qulaq çöpünü odekolon və ya spirtdə isladın və daşı və onun çərçivəsini aşağıdan və yuxarıdan ehtiyatla təmizləyin. Sonra onu flanel və ya zamşa parça cilalayın. Daşın çərçivəsini heç vaxt iti əşyalarla təmizləməyin. Bu, çərçivəni asanlıqla zədələyə bilər. Daşları təmiz və həmişə parlaq saxlamaq üçün əllərinizi yuyarkən üzüyünüzü çıxarın.
Kimyasız EVİM bölməsində digər yazılar >>