Övladımızla düzgün münasibəti necə quraq?
Bütün analar həmişə uşaqları ilə mehriban olmağı, münasibətlərinin qəzəb və göz yaşları olmadan sevgi, dostluq və anlaşma üzərində qurulmasını istəyir. Ancaq təəssüf ki, bəzən ana özünü saxlaya bilməyib, var gücü ilə qışqırır. Sonra isə, əksər hallarda, balacanı boş yerə incitdiyinə görə özünü günahkar hiss etməyə başlayır. Ən pisi odur ki,...
Qida immun sistemə ən güclü təsir edən xarici amillərdən biridir. Körpə uşağın immun sistemi üçün ən vacib qida mənbəyi, əlbəttə ki, ana südüdür. Ana südünün tərkibinə daxil olan immunoqlobulinlər və digər qoruyucu amillər birbaşa körpəyə keçərək, ömrü boyu onun sağlamlığını qorumalı olan immunitetinin ilkin əsasını qoyur.
Həddən artıq ehtiyatlı valideynlərin uşaqlarının immuniteti pis inkişaf edir. Buna görə də onlar daha tez-tez və daha ağır infeksion xəstəliklərə tutulma riski ilə üz-üzə qalırlar.
Uşaqlıqda immun sistemin möhkəmlədilməsi yetişkin həyatda möhkəm sağlamlığın təmin edilməsində mühüm rol oynayır.