Qan azlığının əlamətləri və təbii vasitələrlə müalicəsi
Hemoqlobin orqanizmdə çox mühüm rol oynayır. Qandakı dəmirin əsas funksiyası oksigeni insanın bütün orqan və toxumalarına çatdırmaqdır. Tərkibində dəmir olan fermentlər immuniteti qoruyaraq qalxanabənzər vəzi hormonlarının sintezində iştirak edirlər. Bədəndə dəmir çatışmazlığı anemiyaya (qan azlığına) və ya dəmir defisitli anemiyaya gətirib çıxarır, bu zaman qanın oksigen daşıma qabiliyyəti azalır, bu da metabolizm proseslərinin zəifləməsinə və fiziki dözümlülüyün azalmasına səbəb olur.
Qan azlığının əlamətləri
Qan azlığı zamanı ürək döyüntüsü sürətli olur, ürəkdə küy ümumi zəiflik yaranır, immunitet zəifləyir. Qan azlığının (dəmir çatışmazlığının) ən səciyyəvi əlaməti soyuğa qarşı yüksək həssaslıq, əl və ayaqların daim soyuq olması, tez-tez soyuqdəymədir. Dərinin, xüsusən də ağız boşluğunun selikli qişasının, göz qapaqlarının və dırnaq yatağının konyunktivasının solğun olması, həmçinin dərinin quruması, ağızın künclərində çatların əmələ gəlməsi, yemək udmaqda çətinlik, başgicəllənmə, səhərlər baş ağrıları, yorğunluq, xüsusən fiziki işdən sonra nəfəs darlığı və ürək çarpınması, uşaqlarda boydan geri qalma və zehni inkişafın ləngiməsi hemoqlobin səviyyəsinin aşağı olduğunu göstərə bilər.
Anemiya (qan azlığı) diaqnozu nə vaxt qoyulur?
5 yaşa qədər uşaqlarda qanda hemoqlobinin səviyyəsi 110 qram/litrdən, 5 yaşdan böyük uşaqlarda və böyüklərdə isə 120-130 qram/litrdən aşağı olduqda anemiya diaqnozu qoyulur.
Hemoqlobinin aşağı olmasının səbəbi
Hemoqlobin səviyyəsinin aşağı olmasının səbəbi həm keçirilmiş xəstəliklər, həm də yanlış qidalanma ola bilər. Ana südü ilə qidalanan körpələrdə hemoqlobinin səviyyəsi ananın qidalanmasından asılıdır. Ananın qida rasionunda kifayət qədər dəmir olmalıdır.
Qan azlığını necə aradan qaldırmaq olar?
Qan azlığının profilaktikası və müalicəsi, xüsusi dəmir preparatlarından istifadə etməklə yanaşı, həm də xüsusi müalicəvi pəhrizin köməyi ilə həyata keçirilə bilər. Qan azlığını aradan qaldırmaq üçün insan gün ərzində qidadan təxminən 15-30 mq dəmir qəbul etməlidir. Buna görə qida rejiminə nəzarət etməlisiniz, yəni dəmir olan qidalar, həmçinin tərkibində C vitamini olan qidalar - meyvə-tərəvəz yeyin. Bu vitamin bədənə dəmirin mənimsənilməsinə kömək edir.
Bundan əlavə, müntəzəm olaraq su içmək və təmiz havada mümkün qədər çox vaxt keçirmək lazımdır (gündə ən azı 3 saat daha yaxşı olar).
Hansı qidalarda dəmir var?
Dəmirin əsas mənbəyi ətdir (mal əti, qaraciyər, dana əti, hinduşka), tərəvəz və meyvə turşuları isə (həmçinin C vitamini) dəmirin orqanizm tərəfindən mənimsənilməsinə kömək edir.
Qida rasionuna alma, qırmızı çuğundur, gavalı, quru ərik, qaragilə, ərik, nar, qoz, kişmiş, yaşıl salatlar, toyuğun qara ciyəri, skumbriya, qızılbalıq, soya və lobya, buğda unu, bişmiş yerkökü və kələm, bişmiş kartof daxil etmək vacibdir. Dondurulmuş tərəvəz və giləmeyvələrin tərkibində dəmir qorunub saxlandığı üçün, qışda onlardan istifadə edə bilərsiniz.
Bilmək lazımdır ki, artıq yağlar, həmçinin kalsium və fosfor bədənə həddindən artıq daxil olduğu təqdirdə, dəmirin qidadan sorulmasına mane olur. Buna görə də süd və ya pendirlə birlikdə ət yemək arzuolunmazdır. Bundan əlavə, tanin "dəmiri bağlayır". Buna görə də, ət yeməkləri ilə çay və ya qəhvə içmək məqsədəuyğun deyil - bu, dəmirin mənimsənilməsini azaldır.
Meyvələr, tərəvəzlər, dənli bitkilər və qoz-fındığın tərkibində olan dəmir isə C vitamini ilə birlikdə daha yaxşı mənimsənir. Ona görə də onları bir stəkan itburnu şirəsi və ya dəmləməsi ilə, həmçinin giləmeyvə və quru meyvələrlə birlikdə istifadə etmək lazımdır.
Qan azlığının təbii vasitələrlə müalicəsi
Aşağıda hemoqlobin səviyyəsin qaldırmaq üçün təcrübədə özünü sübut etmiş və həm uşaqlar, həm də böyüklər üçün faydalı olan reseptlər verilir. Nəzərə alın ki, uşaqlar üçün tövsiyə olunan doza 2-3 dəfə azaldılmalıdır.
Qan azlığına qarşı təbii reseptlər:
- 1 stəkan itburnu dəmləməsinin üzərinə limon suyu və 1 çay qaşığı bal əlavə edin və səhərlər acqarına için. Böyüklər 1 stəkan, uşaqlar yarım stəkan içməlidir.
- Səhər yeməyindən əvvəl 1-2 xörək qaşığı cücərmiş buğdanı yaxşıca çeynəyərək yeyin. Quru meyvələr - ərik qurusu, kişmiş, bal, qoz-fındıq da əlavə edə bilərsiniz.
- Səhər yeməyində tərəvəz salatı hazırlayın. Tərkibində aşağıdakıların olması xüsusən vacibdir: göy soğan, yerkökü, şüyüd, cəfəri, kələm, çuğundur, alma, balqabaq, bolqar bibəri, zəncirotu və gicitkən yarpaqları.
- Quşüzümü və qozu yaxşıca doğrayın və bal əlavə edərək qarışdırın. Gün ərzində bu qarışımdan bir xörək qaşığı qəbul edin. Kiçik uşaqlar üçün gündəlik dozanı yarıya qədər azaldın.
- 2:1:1 nisbətində yerkökü, alma, çuğundur şirəsi qarışımından 500 ml için. Yalnız yerkökü-alma ilə də kifayətlənmək olar. Bu şirəni hazırlandıqdan dərhal sonra içmək lazımdır. Karotin yağsız mənimsənmədiyi üçün, əvvəlcə 1 xörək qaşığı xama yeyin. Uşaqlar qəbul dozasını 2-3 dəfə azaldın, lakin unutmayın ki, hər dəfə təzə şirə hazırlanmalıdır. Şirə yeməkdən 20-30 dəqiqə əvvəl və ya yeməkdən bir saat sonra içilir.
Hər gün menyuya suda qaynadılmış, şəkərsiz, kərə yağı, təzə və ya qurudulmuş şüyüd və s. göyərti əlavə edilmiş sıyıqlar daxil edin. Rasionunuza tez-tez qarabaşaq yarması və darı sıyığını daxil edin. Müxtəliflik üçün onlara balqabaq, kişmiş əlavə edə bilərsiniz.
270 qram yerkökü şirəsi və 30 qram şüyüd suyundan şirə hazırlayın. Bu porsu gün ərzində için. Amma hər porsu bilavasitə istifadədən əvvəl hazırlamaq daha məsləhətdir.
Hərəsi 150 qram olmaqla, yerkökü, çuğundur və turpdan şirə hazırlaya bilərsiniz. Bu şirəni soyuducuda qaranlıq şüşə qabda saxlayın. Hər yeməkdən əvvəl maksimum 1 xörək qaşığı için. Müalicə kursu üç aydır.
Bu reseptdən də istifadə edə bilərsiniz: 1 stəkan qarabaşaq götürün, kofeüyüdən maşında üyüdün, 1 stəkan qoz əlavə edin, üyüdün, sonra 1 stəkan bal əlavə edin. Hər şeyi yaxşıca qarışdırın və gündə 2-3 dəfə 1 xörək qaşığı yeyin. Hemoqlobin qalxacaq.
Bir stəkan gavalı qurusu, ərik qurusu, qoz, kişmişi maşından blenderdən keçirin, üzərinə bal və 1-2 qabıqlı limonun və ya aloe şirəsi əlavə edərək, gündə 1-3 xörək qaşığı istifadə edin. Müalicə kursu 10-12 gündür.
Hemoqlobinin bərpa olma müddəti 7-10 gündür. Bu müddətdə şorbalar və yağsız borş, gündə bir portağal, narın dörddə birini, qreypfrutun bir hissəsini yeyin.
Özünüzü müalicəyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin!
Sağlamlıq bölməsində digər yazılar >>