İmmuniteti gücləndirən qida məhsulları
Qida immun sistemə ən güclü təsir edən xarici amillərdən biridir. Körpə uşağın immun sistemi üçün ən vacib qida mənbəyi, əlbəttə ki, ana südüdür. Ana südünün tərkibinə daxil olan immunoqlobulinlər və digər qoruyucu amillər birbaşa körpəyə keçərək, ömrü boyu onun sağlamlığını qorumalı olan immunitetinin ilkin əsasını qoyur.
Uşağın gündə 5-6 dəfə qida qəblundan ibarət olmaqla, yaşına uyğun kalorini təmin edən balanslaşdırılmış qidalanması onun immun sisteminə müsbət təsir edir. Kifayət qədər qidalanmamaqla yanaşı, həmçinin piylənmə də, qanda piyin artması səbəbindən, immun sistemə mənfi təsir edən amildir.
İmmuniteti möhkəmlətmək üçün hansı qida məhsullarını istifadə etmək lazımdır?
Meyvə-tərəvəzlər vitaminlərlə, xüsusən D və C vitaminləri ilə zəngin olması sayəsində immunitetimizi gücləndirən qida məhsullarından ən vacibidir. Brokkoli, kələm, kərəviz, ağ turp, şomu kimi yaşıl yarpaqlı tərəvəzlər immuniteti möhkəmlədir. Onları xüsusən qış aylarında çiy halda və ya immuniteti möhkəmlədən və mikrob əleyhinə təsirə malik sarımsaq və soğanla yemək lazımdır.
Balıq tərkibində olan Omeqa-3 yağları sayəsində immuniteti dəstəkləyir. Nəticə etibarilə, həftədə ən azı bir dəfə balıq yemək vacibdir.
Meyvələr arasında sitrus mevələri - portağal, naringi və limon - qış vaxtı uşaqları infeksiyalardan qoruyur. Gündə 1 portağal və ya 2 naringi yemək uşağın C vitamininə olan gündəlik tələbatını təmin edir. Bu cəhətdən alma, kivi, eləcə də itburu meyvəsinin dəmləməsi də faydalıdır.
İmmunitetin gücləndirilməsində qatıq məhsulları mühüm rol oynayır. çünki onların tərkibində bağırsaq disbakteriozunun qarşısını alan probiotiklər və prebiotiklər vardır.
Unutmaq olmaz ki, orqanizmi zəruri vitamin və minerallarla təmin etmənin ən yaxşı üsulu satışda olan və çox vaxt az faydalı olan və yalnız kommersiya məqsədi güdən vitamin preparatlarını qəbul etməkdənsə, sağlam və balanslaşdırılmış qidalanmadır.
Uşaq öskürürsə nə etməliyik?
S a ğ l a m n ə s i l bölməsində digər yazılar >>