Qəbizliyin təbii müalicə üsulları

[читать на русском]

Qəbizliyin təbii müalicə üsulları

Əvvəlki yazımızda qeyd etdiyimiz kimi, qəbizliyin yaranmasına orqanizmdə maye çatışmazlığı, yalnış qidalanma vərdişləri, nevroloji səbəblər və ya bunların bir neçəsinin eyni zamanda mövcud olması səbəb ola bilər. Deməli, qəbizlikdən qurtulmaq üçün onu yaradan səbəbləri aradan qaldırmalıyıq.

Orqanizmdə maye çatışmazlığı

Orqanizmi ehtiyacı olan qədər maye ilə təmin etmək üçün gün ərzində kifayət qədər su və digər maye qəbul etmək lazımdır. Ümumi qəbul olunmuş gündəlik norma - minimum 8 stəkan mayedir. Maye dedikdə, su, çaylar, kompotlar, şorbalar və s. başa düşülməlidir. Gündəlik qəbul etiyiniz mayenin miqdarını tədricən, yaxşı olar ki, həkimlə məsləhətləşərək artırasınız.

Su, çay və s. mayeləri qida qəbulundan yarım saat əvvəl işmək lazımdır. Çünki maye mədə şirəsini durulaşdırdığı üçün, bundan dərhal sonra yediyiniz yemək mədədə yaxşı həzm olunmaz. Həmçinin, yeməkdən dərhal sonra maye qəbul etsəniz, mədə şirəsinin qatılığı azaldığı üçün yeməyin həzmi ləng gedəcək və yedikləriniz daha uzun müddət mədənizdə qalacaq. Hesab edilir ki, bu, bədən çəkisinin artmasına gətirib çıxarır. Buna yol verməmək üçün əsas qida qəbulundan 0,5-2 saat sonra (yediyiniz qidadan asılı olaraq) maye qəbul etmək məsləhətdir.

Çay, şirə,mineral sudan başqa saf, xlorlanmamış, qaynanmamış bulaq suyu içmək çox vacibdir. Unutmaq olmaz ki,orqanizmdə bütün biokimyəvi proseslər yalnız saf suyun iştirakı ilə baş verir. Yalnız kifayət qədər dağ suyu istifadə etməklə ağır xəstəliklərdən azad olmuş insanlarla bağlı çoxlu nümunələr mövcuddur. Əlbəttə, şəhər şəraitində əksər insanların gündəlik istifadə üçün dağ suyu əldə etmək imkanı olmaya bilər. Bu halda kran suyunun təmizlənməsi üçün yaxşı filtr əldə etmək və yaxud da faydalı dağ suyunu xüsusi üsulla ev şəraitində əldə etmək olar.

Lakin kifayət qədər maye qəbul etmək qəbizlik problemini həll emtək olmaz. Peristaltikanın normal olması üçün həmçinin qəbul etdiyimiz suyu bağırsaqlarda saxlamaq da vacibdir.

Qəbul edilmiş mayeni bağırsaqlarda necə saxlamaq olar?

Suyu bağırsaqlarda saxlamaq üçün suyu hopduran qida maddələri qəbul etmək lazımdır. Bu, həcmli nəcis kütlələri formalaşdıraraq, peristaltikanın yaxşılaşdırılması üçün lazımdır.

Məsələn, gündə 3 dəfə 1 çay qaşığı kəpəyi ən azı 250 ml su ilə birlikdə qəbul etmək olar. Buna tədricən - 1 çay qaşığından başlamaq və orqanizm öyrəşdikcə, 2 xörək qaşığına çatdırmaq lazımdır. Bu, nəcisin qurumasının qarşısını alır.

Cücərmiş buğdanın istifadəsi çox yaxşı variantdır. Cücərmiş buğda çoxlu mirdarda B qrupu vitaminləri ilə zəngin olduğu üçün, bir çox sağlamlıq problemlərini aradan qaldırmağa imkan verir. Bunun üçün düzgün üsulla buğdanı cücərtmək və yediyimiz yeməyə 2-3 qaşıq əlavə edərək qəbul etmək lazımdır.

Həmçinin bağırsaqların peristaltikasını normallaşdırmaq, disbakteriozdan azad olmaq, eləcə də qara ciyəri sağlamalaşdırmaq üçün kətan yağından istifadə etmək olar. Bunun üçün 100 qram kətan toxumunu toz halına salırıq, 600 qramlıq şüşə bankaya tökürük və banka dolanadək üzərinə rafinə olunmamış günəbaxan yağı tökürük. Bankanı 2 həftə qaranlıq yerdə saxlayırıq. Hər dəfə istifadədən əvvəl qatışığı çalxalamaq lazımdır ki, çökmüş kətan toxumu hissəcikləri mayeyə qarışsın. Yatmazdan əvvəl 1 xörək qaşığı kətan yağını bir stəkan qatıqla qarışdıraraq qəbul etmək lazımdır.

Bağayarpağı toxumları da şişərək, suyu bağırsaqlarda yaxşı tutub saxlayır. Bu asan hərəkət edən nəcis kütlələrinin formalaşmasına şərait yaradır ki, bu da bağırsaqların boşalmasını asanlaşdırır. Beləliklə, bağayarpağı toxumlarını qəhvəüyüdənlə xırdalayırıq və gündə 3 dəfə yeməkdən əvvəl q çay qaşığı qəbul edirik. Bağayarpağı toxumları bütün mədə-bağırsaq sisteminə müsbət təsir göstərir.

Qəbizliyin nevroloji səbəbləri

Əgər nəcisin konsistensiyası sərt və noxudşəkillidirsə, bu, statistik kolitin göstəricisi ola bilər. Səbəblər nevroloji xarakterə malik ola bilər: stresslər, əzələ və toxumaların gərginliyi v ə s.

Bu səbəbləri aradan qaldırmaq üçün problemlərdən fikrini yayındırmağa, rahatlaşmağa çalışın. İmkan daxilində işlərinizi elə qurun ki, yaxşı yatıb dincəlməyə imkanınız olsun.

Həmçinin qastroenteroloji səbəblər: mədə, qara ciyər, mədəaltı vəzi problemləri ola bilər. Belə hallarda həkimin təyin etdiyi antidepressantlar, spazmolitiklər köməyinizə çata bilər.

Bağırsaq peristaltikasını yaxşılaşdırmaq üçün məşq

Bağırsaq peristaltikasının yaxşılaşdırılması üçün belə bir üsuldan istifadə etmək olar: hər səhər oyanan kimi, hələ yataqda ikən, sağ əlinizin işarət barmağı ilə göbəyinizin üzərinə basaraq, orada ritmik nəbzin vurduğunu hiss edənədək saxlayın və əlinizi çəkin. Bu məşğələni 9 gün ardıcıl olaraq yerinə yetirmək lazımdır.

Sağlamlıq bölməsində digər yazılar >>