Dərmanı əvəz edən təbii müalicəvi eliksirlər

[читать на русском]

Dərmanı əvəz edən təbii müalicəvi eliksirlər

Həmişə sağlam qalmaq üçün reklam olunan bahalı dərman vasitələrinə pul xərcləmək mütləq deyil. Təbiətin bizə bəxş etdiyi təbii müalicəvi vasitələr daha sərfəli, faydalı və zərərsiz şəkildə köməyimizə çata bilər.

Aşağıda göstərilən sağlamlaşdırıcı və cavanlaşdırıcı müalicəvi qatışıqları növbə ilə istifadə etməklə sağlamlığınızın qeydinə qala bilərsiniz.

1. Bağırsaqları təmizləmək üçün eliksir

Mütəmadi olaraq bağırsaqlarımızda şlaklar, yəni həzm prosesi nəticəsində əmələ gəlmiş tullantılar toplanır. Bu tullantılar bağırsaqlar vasitəsilə sorularaq, qanımızı çirkləndiri və zəhərləyir, bununla da müxtəlif orqanlarda bu və ya digər xəstəliklər törədir.

Buna görə də vaxtaşırı bağırsaqlarmızın təmizlənməsinə ehtiyac vardır. Bunun üçün bir çox üsullar vardır. Ən effektiv, zərərsiz və praktik üsullardan biri aşağıdakı təbii müalicəvi içkinin istifadə edilməsidir.

Hazırlanması və istifadə qaydası:

Eyni miqdarda kələm, kök, alma və şəkər çuğunduru şirəsini qarışdıraraq, 7 gün ərzində səhər və axşam acqarına 1 stəkan qəbul edirik. Bu müalicəvi içki bağırsaqları təmizləyir və həzm prosesini yaxşılaşdırır.

2. Yaşıl eliksir

Cavan qalmaq üçün bu yaşıl elisirin mütəmadi olaraq istifadəsi tövsiyə olunur. Bu halda gənclik eliksirinin təsirini görə bilərsiniz.

Hazırlanması və istifadə qaydası:

2 fincan doğranmış şomu (ispanaq), bir dəstə cəfəri, 2 xiyar, 2 saplaq kərəviz, 2 alma, yarım limonun suyu, bir tutam darçın, yarım qaşıq qabığı təmizlənmiş təzə zəncəfili birlikdə blenderdə doğrayaraq, gəncllik eliksiri əldə edirik.

Gündə 3-4 dəfə çəkinmədən içmək olar.

Zəngin tərkibi sayəsində bu kokteyl dopinq effekti verir, insanı gümrahlaşdırır, lakin çəkinin artmasına səbəb olmur. Antioksidantlarla zəngin olduğu üçün orqanizmi toksinlərdən təmizləyir, gəncliyinizi və ömrünüzü uzadır. Bütün yaş qrupları üçün tövsiyə edilir.

3. Böyrəklərin müalicəsi üçün xüsusi formul

Bu xüsusi formul böyrəklərin iltihabı zamanı yaxşı nəticə verir.

Hazırlanması və istifadə qaydası:

1 stəkan qaynayan suya 3-4 saplaq kərəviz, 3-4 yarpağ kələm və 2 dəstə cəfəri əlavə edərək, üç dəfə qaynadın.

Axşamlar yatmazdan bir saat əvvəl 2 stəkan için. 3 həftə ərzində qəbul edin. Bu müalicə kursu kənar təsirlərə malik deyil, buna görə də hamı istifadə edə bilər. Böyrək iltihabını müalicə ütməklə yanaşı, bu içki artıq çəkidən azad olmağa və qanda yağları azaltmağa yardımçı olur.

Mütləq hər dəfə təzə porsiya hazırlayın.

Sağlamlığınızla məşğul olun, gəncliyinizi uzadın, xəstəxananın yolunu unudun və uzun ömür sürün.

Özünü müalicəyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşin!

Sağlamlıq bölməsində digər yazılar >>