Sağlamlaşdırıcı və cavanlaşdırıcı limonlu eliksir reseptləri
Limon suyu və cəfəri eliksiri
Limon suyu və cəfəridən hazırlanan müalicəvi eliksir cavanlaşırıcı təsirə malikdir. O, orqanizmi toksinlərdən təmizləyir və qara ciyər yağlanmasına qarşı mübarizə aparır.
Nəzərə almaq lazımdır ki, qastritdən əziyyət çəkənlər bu eliksirdən istifadə edə bilməzlər.
Hazırlanması və istifadə qaydası:
15-20 cəfəri saplağını blenderlə doğrayın, təxminən 2 xörək qaşığı limon suyu sıxın və cəfəri suyu ilə qarışdırın. Bu qatışığa yarım stəkan su əlavə edin və blenderlə qarışdıraraq (təxm. 1 dəq.), yaşıl rəngli eynicinsli müalicəvi qatışıq əldə edin.
Bu müalicəvi eliksiri fasiləsiz olaraq 15 gün ərzində hər səhər acqarına, səhər yeməyindən 15-20 dəq əvəl için. 7 gün fasilə verdikdən sonra 15 günlük müalicə kursunu təkrarlayın. Yalnız təzə cəfəridən istifadə edin.
Bu müalicəvi elksiri qəbul etdiyiniz 2-ci gündən başlayaraq, səhərlər daha yaxşı dincəlmiş və gümrah oyanacaqsınız. Bu içki arıqlamağa yardımçı olur, üzdə sızanaqları təmizləyir, böyrək daşlarını xaric edir, dərinin qocalmasını yavaşıdır, immuniteti möhkəmlədir.
Bir aylıq müalicə nəticəsində qara ciyərin vəziyyətini 3-cü dərəcəli yağlanmadan 1-ci dərəcəli yağlanmaya qədər yaxşılaşdırmaq, bəzən isə yağlanmanı tam aradan qaldırmaq olar.
Limon və sarımsaq kokteyli
Limon və sarımsaqdan hazırlanan müalicəvi kokteyl qan damarlarını təmizləyir, qan-damar sistemi ilə bağlı müxtəlif problemləri aradan qaldırır, təzyiqi normallaşdırır.
Hazırlanması və istifadə qaydası:
2 litr limon suyu hazırlayın, hər hansı şüşə qaba tökün, üzərinə 40 diş təmizlənmiş və xırdalanmış sarımsaq əlavə edin.
Şüşə qabı möhkəm bağlayın və işıqdan qorumaq üçün allüminimun folqaya bükün. 25 gün ərzində orta temperatura malik yerdə saxlayın. Mütləq hər gün şüşəni bir neçə dəfə çalxalayın. Təxminən 25 gündən sonra siz sarımsağın limon suyunda əridiyini müşahidə edəcəksiniz.
Bu müalicəvi eliksiri hər səhər acqarına, yemək qəbulundan 30 dəq. əvvəl yarım stəkan için. Məhlulu hər gün eyni vaxtda qəbul etməyə çalışın və dadının yaxşılaşdırılması ıüçün heç nə əlavə etməyin.
100% təsdiqlənmiş faydaları:
- Bütün damar iltihablarını müalicə edir, tıxanmış damarları açır, damarların sərtləşməsinin və hipertoniyanın qarşısını alır.
- Xolesterini və lipidləri azaldır, zərərli yağları yandırır, çəkini azaldır, metabolizmin sürətlənməsi və yağları yandırması hesabına iştahanı artırır, orqanizmdə şəkər balansını tənzimləyir.
- böyrək və öd kisəsi daşlarını aradan qaldırır, sidikqovucu kimi təsir göstərərək, şişlərdən azad edir.
- Helycobeacter pylori mikrobunu məhv edir və mədə və onikibarmaq bağırsaq xorasını müalicə edir.
- oynaq iltihablarını aradan qaldırır, revmatizm ağrılarını azaldır, oynaqların yenilənməsini təmin edir.
- Beyin hüceyrələrini və bütün sinir hüceyrələrini yeniləyir, insult riskini azaldır.
- İmmuniteti əhəmiyyətli dərəcədə möhkəmlədir və allergiyanın, xüsusən də stresslə bağlı olanının qarşısını alır.
- Orqanizmi bədxassəli törəmələrdən qoruyur.
Diqqət: Qan durulducu dərman istifadə edən və ya təzyiqi aşağı olan şəxslərin istifadəsi tövsiyə olunmur.
Özünü müalicəyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşin!
Sağlamlıq bölməsində digər yazılar >>