Faydalı ev dondurması
Tərkibi:
yağlı qaymaq - 300 q
qatıq (əlavəsiz) - 400 q
şəkər tozu - 100-200 q
limon - 2 əd. (və ya kakao - 2-3 xörək qaşığı)
Hazırlanışı:
Qaymağı çalırıq və çalmağa davam edərək qatığı əlavə edirik.
Limon qabığını sürtkəcdən keçiririk, limonun suyunu sıxırıq və şəkər tozu əlavə edirik. Şokoladlı dondurma hazırlayırsınızsa, şəkər tozunu kakao tozu ilə qarışdırırıq.
Hər iki qatışığı bir yerdə qarışdırıb, dondurmanı donması üçün soyuducunun dondurucu bölməsinə qoyuruq.
Ev dondurmasını soyuducunun dondurucu bölməsində 2 ayadək saxlamaq olar.
...Nuş olsun.