Ləzzətli və faydalı qızardılmış alma dilimləri

[читать на русском]

Ləzzətli və faydalı qızardılmış alma dilimləri

Tərkibində şəkər olmayan bu dadlı və faydalı almalı deserti asanlıqla hazırlaya bilərsiniz.

Tərkibi:
yumurta - 1 əd.
un - 1 stəkan (və ya üyüdülmüş yulaf)
süd - təxminən 1 stəkan (bir qədər az)
alma - 3 əd.
qabartma tozu - yarım paket
vanil - 1 paket

Hazırlanma qaydası:

Vanil və yumurtanı bir qaba töküb çırpırıq. Südü əlavə edirik. Sonra unu və qabartma tozunu əlavə edib, həmcins kütlə alınanadək çırpıb, duru xəmir əldə edirik.

P.S. Unu üyüdülmüş yulafla əvəz etsəniz, şirniyyatınız daha da faydalı olar.

Almaları soyaraq, halqalar şəklində dilimləyirik.

Ayrı bir qabda şəkər tozu və toz darçını qarışdırırıq.

Bitki yağını tavaya töküb, qızmağını gözləyirik. Bundan sonra almaları hazırladığımız duru xəmirə bulayıb, qızğın yağa atırıq.

Qızarmış alma dilimlərini çıxarıb, əvvəldın hazırladığımız şəkər-darçın qarışımına batıraraq servis edirik.

Nuş olsun …



Şəfa mənbəyi qidalar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin