Şəkərdən istifadəni azaltmağımız üçün 5 səbəb

Şəkərdən istifadəni azaltmağımız üçün 5 səbəb

Şəkər həm bioloji, həm də psixoloji cəhətdən rahatlaşdırıcı təsirə malikdir. Lakin şirniyyat beyində asılılıq yaradır və onun məhdudlaşdırılması bədbəxtlik hissinə səbəb ola bilər. Bundan başqa, hər dəfə bizim sakitləşməyə və rahatlaşmağa ehtiyacımız olduqda şirniyyata və şokolada girişsək, bu, onları lazım olandan çox istifadə etməyimizə gətirib çıxara bilər (Gündə nə qədər şəkər istifadə etməliyik?).

Demək, əhvalımız cüzi pozulanda özümüzü xoşbəxt hiss etmək üçün həddən çox şirniyyat istifadə etməyimiz və bunun nəticəsində yaranan artıq çəki, nəticə etibarilə, bizdə təəssüf hissi doğurar və özümüzü bədbəxt hiss etməyimizə səbəb ola bilər.

Yeməkdən sonra yuxunuz gəlirsə - demək, həddindən artıq şəkər, yəni karbohidrat qəbul etmisiniz

Çoxlu miqdarda karbohidrat (şəkər) istifadə etdikdən sonra bəzi insanlarda yorğunluq və süstlük müşahidə oluna bilər. Belə hallarda, hər şeydən əvvəl şəkərli diabetlə bağlı müayinədən keçməlisiniz. Belə insanlarda adətən hiperqlikemiya, yəni yeməkdən sonra şəkərin səviyyəsinin yüksəlməsi halı aşkarlanır.

Şəkərdən istifadəni azaltmağımız üçün 5 səbəb

- Artıq şəkər ürək-damar sistemi xəstəlikləri və diabet riskini artırır.

- Şəkər hüceyrələrin yenilənməsinə yardımçı olan kollagenin azalmasına və yaşlanan dəridə qırışların saynın artmasına səbəb olur.

- Artıq şəkər bilavasitə qanla qarışır və yağa çevrilir. Bu yağ, bədənin müəyən orqanlarında toplanaraq, son zamanlar tez-tez rast gəlinən qara ciyər yağlanmasına səbəb olur və bu, uzun müddət davam etdikdə həzmin pozulmasına gətirib çıxarır.

- Şəkərin səviyyəsinin yüksək olması diqqət əksikliyinə, konsentrasiyanın pozulmasına, yaddaşın zəifləməsinə səbəb ola bilər. Müəyyən zamandan sonra isə qanda şəkərin səviyyəsinin yüksək olması səbəbindən hüceyrələr arasında əlaqə pozulur və bu da onların azalmasına gətirib çıxarır. Bu, ilk növbədə, periferik sinirləri, sonradan isə beyini zədələyir.

- Artıq şəkər yalnız çəkinin artmasına səbəb olmur, həm də metabolizm pozuntuları törədərək, böyrəklərə, gözlərə, ürəyə və s. mənfi təsir göstərir.



Şəkərdən çox istifadə yaşlanmanı sürətləndirir >>

Sağlamlıq bölməsində digər yazılar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin