İslamın əsas dualarının mənaları
Qeyd etdiyimiz kimi, enerji sahəmizi sağlamlaşdırmaq, mənən təmizlənmək üçün mənsub olduğumuz dinin müqəddəs kitabını, dualarını anlayaraq oxumaq vacib vasitələrdən biridir.
Duaları mexaniki surətdə yox, beynimizdə dərk edərək və qəlbən inanaraq tələffüz etdikdə, yəni yaradılmış olaraq, Yaradanımıza ünvanladığımız sözlərin nədən ibarət olduğunu anladıqda bu, həqiqi ibadət hesab oluna bilər.
Ölkəmizdə ən geniş yayılmış İslam dininin əsas dualarının mənaları (dini kitablardan götürülmüşdür):
Fatihə surəsi
Mərhəmətli, rəhmli Allahın adı ilə.
Bütün həmdlər Allaha olsun.
Mərhəmətli, rəhmli olana.
Qiyamət gününün sahibinə.
Biz yalnız Sənə ibadət edirik və yalnız səndən kömək diləyirik.
Bizi doğru yola yönəlt.
Nemət verdiyin kəslərin yoluna,
Qəzəbə düçar olmuşların və azmışların yoluna yox.
[Duanın orijinal oxunuşu: mp3]
İxlas surəsi
Mərhəmətli, rəhmli Allahın adı ilə.
De, o Allah birdir.
Allah möhtac deyildir.
O nə doğmuş, nə də doğulmuşdur.
Onun heç bir tayı-bərabəri yoxdur.
[Duanın orijinal oxunuşu: mp3]
Fələq surəsi
Mərhəmətli, rəhmli Allahın adı ilə.
De Pənah aparıram sübhün Rəbbinə
Yaratdıqlarının şərindən.
Zülmətə bürünməkdə olan gecənin şərindən
Düyünlərə üfürən qadınların şərindən.
Və paxıllığı tutanda paxılın şərindən.
[Duanın orijinal oxunuşu: mp3]
Nas surəsi
Mərhəmətli, rəhmli Allahın adı ilə.
De Pənah aparıram insanların Rəbbinə
İnsanların ixtiyar sahibinə
İnsanların tanrısına
Vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən.
O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır
İstər cinlərən olsun, istər insanlardan.
[Duanın orijinal oxunuşu: mp3]
Ayətəl-kürsi
Allahdan başqa heç bir tanrı yoxdur. O diridir, qəyyumdur.
O nə mürgü, nə də yuxu bilər.
Göylərdə və yerdə nə varsa Onundur.
Allahın izni olmadan Onun hüzuruna kim şəfaət edə bilər?
O, bütün yaranmışların keçmişini və gələcəyini bilir.
Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər.
Onun kürsüsü göyləri və yeri əhatə etmişdir.
Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir.
ən uca, ən böyük varlıq da Odur.
[Duanın orijinal oxunuşu: mp3]
Ukrayna alimi dua ilə müalicə üsulunun patentini almışdır [ardını oxu] >>
Sağlam aura bölməsində digər yazılar >>