Evi tarakanlardan təmizləmək üçün zərərsiz vasitələr

[читать на русском]

Evi tarakanlardan təmizləmək üçün zərərsiz vasitələr

Çoxları evi tarakanlardan təmizləmək üçün kimyəvi maddələrdən istifadə edir və ya həşəratları məhv etmək üçün xüsusi xidmətlərdən istifadə edirlər. Bununla belə, bu üsulların bir sıra mənfi cəhətləri vardır:

Əvvəla, böcəklərlə mübarizə aparmaq üçün istifadə edilən kimyəvi maddələr insan və heyvan sağlamlığı üçün təhlükəlidir.

Kimyəvi maddələrin buxarları immunitetin zəifləməsinə və nəticədə orqanizmin patogen və zərərli təsirlərə qarşı müqavimət qabiliyyətinin azalmasına səbəb olur. Nəticədə, demək olar ki, hər hansı bir xəstəlik yarana və ya kəskinləşə bilər. Quru kimyəvi maddələr ağız boşluğuna, açıq yaralara (cızıqlara) düşdükdə təhlükəlidir. Çox vaxt bu hallar uşaqlar və ev heyvanları ilə baş verir, hətta bəzən heyvanların ölümünə belə səbəb olur.

Bundan başqa, böcəklər yox olsa da, bu, müvəqqəti olur. Çox hallarda isə sadəcə onların sayı azalır.

Tarakanlardan qurtulmağın sınanmış yolu var və bu üsul onların öz bioloji xüsusiyyətlərinin onların özünə qarşı istifadə edilməsinə əsaslanır. Baxmayaraq ki, bu üsulun nəticələrini 3-4 həftə gözləmək lazım gəlir, sağlamlıq üçün tamamilə zərərsizdir.

Beləliklə, tarakanlara qarşı ən dəhşətli zəhər bor turşusudur. "Geniş spektrli" pestisidlərin dozası kifayət olduğu halda tarakanlar sadəcə olaraq məhv olursa, bor turşusunun təsiri ilə onlarda dəhşətli qaşınma balayır. Və belə tarakan ölməsə də, yoluxduğu yerdən mümkün qədər uzağa qaçır.

Bor turşusu iki üsulla tətbiq edilə bilər:

Birinci üsul tarakanları sudan məhrum etməyə yönəlmişdir.

Bütün su mənbələrinin ətrafına (əlüzyuyanlar, tualet, vanna otağı) bor turşusu səpilməlidir. Hər ehtimala qarşı, plintusların, ventilyasiya dəliklərinin ətrafına, zibil qabının olduğu yerə və ehtiyac gördüyünüz digər yerlərə bor turşusu səpin.

Qorxmadan səpə bilərsiniz - bor turşusu həm insanlar, həm də heyvanlar üçün zərərsizdir. O hətta ağızı yaxalamaq üçün də istifadə olunur (əlbəttə ki, məhlul halında), apteklərdə satılır. Bütün mənzilə səpmək üçün mənzilin ölçüsündən və tarakanların sayından asılı olaraq 30 - 100 qram arası lazım ola bilər.

İkinci üsul daha davamlı nəticənin əldə dilməsinə yönəlmişdir.

Çiy yumurta sarısını götürün, bor turşusu tozunu əlavə edin (30-50 qram tələb olunacaq), qatı kütlə alınana qədər qarışdırın. Bu qarışımdan təxminən 1 sm diametrli toplar hazırlayın. Təxminən bir saat ərzində topların qurumasını gözləyin və tarakanların olması ehtimal olunan yerlərə mənzil boyunca yerləşdirin.

Mətbəxə, tualetə və vanna otağına xüsusi diqqət yetirin (yalnız bu yerlərlə kifayətlənmək olar). Evinizdə dibçəklər varsa, onların ətrafına qoyun. Gecələr (tarakanların ən aktiv olduğu vaxt) topları mənzil boyu döşəməyə yerləşdirə bilərsiniz, lakin gün ərzində üstünə basmamanız üçün səhər onlaırı götürməyi unutmayın.

Tarakan cazibədar top kimi maskalanmış bor turşusunun iyini hiss etməyəcək və mütləq maraqlanaraq, bığcıqları ilə ona toxunacaq və yoluxacaq - ölməsə belə, dəhşətli qaşınmaya tutulacaq. Getdikcə topcuqlara daha çox sağlam tarakan yaxınlaşaraq, ölümcül yoluxacaq. Həmçinin, belə böcəklər təmasda olduqları sağlam böcəkləri də yoluxdura bilər.

Əvvəlcə sizə elə gələcək ki, tarakanlar bu topların üzərində sakitcə sürünür və heç bir narahatlıq keçirmir. Ancaq 3-4 həftədən sonra siz hər gün çoxlu miqdarda ölü tarakan süpürməyə başlayacaqsınız və nəhayət tarakanlar uzun müddətlik yox olacaq.

Altı aydan sonra tarakanlar yenidən ortaya çıxarsa, demək, dişi tarakanlar (və ya biri) yoluxmazdan əvvəl yumurta qoyub və onlardan yeniləri törəyib. Onlarla da eyni qaydada mübarizə aparın.

Tarakanlar bir neçə ildən sonra ortaya çıxarsa, topları yeniləyin. Şkafların üstündə onlar heç kimə mane olmur - qoyun qalsınlar. Bəzən qonşuların evlərini dərmanlaması nəticəsində tarakanlar onlardan sizin evə qaça bilər. Toplar yerindədirsə, narahat olmayın, tarakanlar gəldikləri kimi qaçıb gedəcək. Bundan başqa, ventilyasiya dəliklərinə bor turşusu tozu tökmək məsləhətdir.

Tam əminliyiniz üçün hər iki üsuldan eyi vaxtda istifadə edin - bu, daha sürətli və daha effektiv olacaq. Əlbəttə ki, bu problemin öhdəsindən heç bir şəkildə gələ bilmirsinizsə, evinizin təmizlənməsini xüsusi dezinfeksiya xidmətinə etibar edin.


Kimyasız EVİM bölməsində digər yazılar >>