Bəzi paltarları düzgün ütüləməyin qaydaları

[читать на русском]

Bəzi paltarları düzgün ütüləməyin qaydaları

Evin təmizliyinə və səliqəsinə önəm verən qadınların əksəriyyətini narahat edən məsələlərdən biri də paltarların ütülənməsidir. Düzgün ütüləməyin incəliklərini bilmirsinizsə, çox səy və vaxt sərf edəcəksiniz. Ütüləyərkən sevimli əşyalarınızı yandırmamaq və korlamamaq da eyni dərəcədə vacibdir. Buna görə də, gəlin həyatımızı rahatlaşdıracaq bəzi məqamları öyrənək:

Yun paltarları düzgün ütüləməyin qaydaları:

Yun paltarlar mütləq nəm parçanın (nişastasız kətan olması daha yaxşıdır) vasitəsilə içəridən və üzdən ütülənə bilər. Ütünün temperaturu 165-190C-dən çox olmamalıdır.

Qırışmış yun paltarları ütüləmək vacib deyil. Əksər hallarda, isti su ilə dolu bir qabın üzərində asılqandan assanız, tamamilə düzələ bilər.

Şalvarı düzgün ütüləməyin qaydaları

Şalvarı ütüləmək üçün əvvəlcə onu çırpmaq, ehtiyac varsa,fırça ilə təmizləmək lazımdır. Şalvarları çox isti ütü ilə ütüləmək olmaz.

Ütüləməyə dizdən başlayın. Şalvarın dizləri öz formasını itiribsə, bu yerlər nəm parça ilə ütülənməlidir. Bu zaman, parça yığılana qədər ütünü dəfələrlə qoyub-qaldırma lazımdır.

Sonra şalvarı tikişlər bir-birinin üstünə düşəcək şəkildə qatlayırıq və üstünə nəm bez qoyaraq ütüləyirik.

Parlaq görünən yerlər sirkəli su ilə nəmlənmiş bezlə ütülənməlidir (1 stəkan suya 1 xörək qaşığı sirkə).

Ütüləyərkən paltarda zolaqların yaranmasının qarşısını almaq üçün paltarla nəm bez arasına quru pambıq parça qoyun.

Ütüləmə zamanı kostyumun ütülənmiş hissəsindən nəm parçanı götürərkən paltar fırçası ilə yüngülcə vurun. Bu sayədə buxar daha tez çıxacaq və xətlər və büküşlər daha yaxşı qorunacaq və yaprıxmayacaq.


Kimyasız EVİM bölməsində digər yazılar >>