Qəbizlik nədir və hansı fəsadları törədə bilər?

[читать на русском]

Qəbizlik nədir və hansı fəsadları törədə bilər?

Müasir zamanda çoxlu sayda insan bağırsaqları ilə bağlı problemlər yaşayır. Çox vaxt bu, yalnış qidalanma, bağırsağın peristaltikasının çox zəif olması və bununla əlaqədar meydana çıxmış qəbizliklə bağlıdır. Əsində, bu problemə ciddi yanaşmaq lazımdır.

Qəbizlik sağlamlığımızda hansı problemləri yarada bilər?

Bağırsaqlarda nəciz kütlələrinin toplanması nəticəsində orqanizmin zibillənməsi, yəni şlaklarla çirklənməsi baş verir və bu da daxili intoksikasiyaya səbəb olaraq, immuniteti zəiflədir, sinir sistemini gərginləşdirir, baş ağrıları yaradır. Çox vaxt qəbizlik bir çox xəstəliklərə, xüsusən şəkərli diabetə gətirib çıxarır. Deməli, bağırsaqların işinin qaydaya salınması əksər hallarda bir çox xəstəliklərdən azad olmağa imkan verir.

Qəbizlik nədir?

Bu, bağırsaq peristaltikasının pozulması nəticəsində nəcis kütlələrinin bağırsaqlarda yığılıb qalması və noxud-şəkilli və ya nazik lentşəkilli bərk nəcis kütləsinin ifraz olunmasıdır.

Bağırsaqların boşalmasının ideal tezliyinə gəlincə isə burada müxtəlif fikirlər mövcuddur. Təbiblər bağırsaqların gündə minimum bir dəfə və, yaxşı olar ki, eyni vaxtda boşalmasını norma hesab edirlər. Hər qida qəbulundan sonra bağırsaqların boşalması isə ən ideal variantdır. Rəsmi tibbdə isə qəbizlik diaqnozunun qoyulması üçün 2-3 gün ərzində nəciz ifrazatının olmaması və bunun müntəzəm baş verməsi əsas götürülür.

Qəbizliyin yaranma səbəbləri

Qəbizliyin səbəbləri həm kifayət qədər maye qəbul etməmək, yalnış qidalanma vərdişləri, bağırsaq disbakteriozu, həmçinin psixogen amillər, eləcə də yuxarıda yerləşən orqanların (mədənin, ədəaltı vəzinin, öd kisəsinin, qara ciyərin) xəstəlikləri və ya damar xəstəliləri ola bilər.

Orqanizmdə maye çatışmazlığı

Orqanizmdə maye çatışmazlığı səbəbindən nəcisin quruması qəbizliyin əsas səbəblərindən biridir. Maye çatışmazlığı nəcis kütlələrinin sərtləşməsinə gətirib çıxarır və bu, peristaltika prosesini çətinləşdirir. Buna görə də, bağırsaqların normal işini təmin etmək üçün orqanizmi kifayət qədər maye ilə təmin etmək zəruridir.

Yalnış qidalanma vərdişlərinin bağırsaqların işinə təsiri

Bağırsaqların işinin pozulmasının, o cümlədən qəbizliyin səbəblərindən biri yalnış qidalanma vərdişləri ola bilər. Düzgün qidalanma vərdişlərinə düzgün qida rasionu, yəni əsasən sağlamlığa faydalı olan qidalardan istifadə etmək və qidanı düzgün çeynəmək aiddir. (Daha ətraflı məlumatı "Yalnış qidalanma vərdişlərinin sağlamlığa təsiri" yazısında oxuyun)

Qəbizliyin nevroloji səbəbləri

Əgər nəcisin konsistensiyası sərt və noxudşəkillidirsə, bu, statistik kolitin göstəricisi ola bilər. Səbəblər nevroloji xarakterə malik ola bilər: stresslər, əzələ və toxumaların gərginliyi v ə s.

Qəbizliyin təbii müalicə üsulları [ardını oxu >>]


Sağlamlıq bölməsində digər yazılar >>