Sağlamlıq bağırsaqlarımızdan başlayır
Son zamanlar sağlam həyat tərzinin amillərindən biri kimi, sağlam qidalanmaya daha çox diqqət edilir. Bizim qida tərzimizin bağırsaqlarımızdakı mikrofloranın tərkibi ilə bilavasitə əlaqəsi vardır. Axı bağırsaqlarımız orqanizmimizin sağlamlığının təmin edilməsində mühüm, hətta demək olar ki, ən vacib rolu oynayır.
Çox az insana məlumdur ki, qalın bağırsağın normal mikroflorası yalnız həzm prosesində iştirak etmir, həm də qida liflərindən bir sıra mühüm vitaminlər, fermentlər, amin turşuları, hormonlar və digər qidalandırıcı maddələr hasil edir. Onlar patogen və çürüməyə səbəb olan müxtəlif mikrobları məhv etməklə, bağırsaqlarda müdafiə funksiyası daşıyır. Bağırsaq çöpləri isə, məsələn, 9 müxtəlif vitamin: B1, B2, B6, B12, və K, biotin, pantoten, nikotin və fol turşuları sintez edir.
Bağırsaq mikroflorasının normallaşdırılması üçün nə etmək lazımdır?
Mikroorqanizmlərin normal fəaliyyəti üçün zəif turş mühitin və qida liflərinin olması vacibdir. Lakin indi adət olunmuş şəkildə qidalanan insanların əksəriyyətinin bağırsaqlarında toplanmış çürüyən nəcis kütlələri qələvi mühit yaradır ki, bu da patogen mikrofloranın artmasına və nəticədə disbakteriozun yaranmasına səbəb olur. Məsələn, qalın bağırsaqda zülal çürüyən zaman metan əmələ gəlir. Məlum olduğu kimi, metan B qrupu vitaminləri məhv edir. Həm də qida məhsullarının çürüməsi zamanı yaranan kif təbəqəsi orqanizmdə ciddi patalogiyanın inkişafına şərait yaradır.
Düzgün qidalanma ilə xərçəng xəstəliyinin nə əlaqəsi var?
Qeyd etmək yerinə düşər ki, bağırsaq çöplərinin sintez etdiyi B qrupu vitamiinləri immuniteti dəstəkləyir, hüceyrələrin nəzarətolunmaz şəkildə çoxalmasının qarşısını alır, yəni xərçəngə qarşı qoruma funksiyasını daşıyır. Doktor Gerzon "Xərçəngin müalicəsi" adlı kitabında belə bir diqqətəlayiq fikir irəli sürür: Xərçəng xəstəliyi - yalnış yeyilmiş qidaya görə Təbiətin intiqamıdır! O həmçinin qeyd edir ki, hər 10 000 xərçəng xəstəliyinin 9 999-u insanların öz nəcis kütlələri ilə zəhərlənməsinin nəticəsidir və yalnız bir hal, həqiqətən də, orqanizmin artıq qarşısıalınmaz degenerativ xarakterli dəyişiklikəri ilə əlaqədardır.
Yalnış qidalanma həzm pozuntularına - qıcqırmaya, həzmsizliyə, çürüməyə və qaz əmələ gəlməsinə gətirib çıxara bilər. Qida məhsullarının düzgün uyğunlaşdırılmaması səbəbindən, eləcə də eynilə zərərli olan həddən artıq çox yemə nəticəsində bütün qida məhsulları həzm olmur və qidanın bir hissəsi çürüyür. Bu çürümə nəticəsində bir çox xəstəliklərə başlanğıc verən toksik kütlə əmələ gəlir. Nəticədə, bağırsaqlarımızda artan kifin daxilində zərərli toxumlar törəyir və bunlar qana sorularaq, bədənə yayılır və bədənin ən zəif yerlərində inkişaf edib çoxalmağa başlayır.
Sağlamlığımızı necə qoruyaq?
Deməli, orqanizmimizin sağlamlığı, hər şeydən əvvəl, bağırsaqlarımızın vəziyyətindən asılıdır. Elə buna görə də, bütün qida məhsularının tam həzm olunub sorulmasını və çürüntünün yaranmamasını təmin etmək üçün düzgün qidalanmaq və vaxtaşırı bağırsaqları təmizləmək bu qədər vacibdir. Qalın bağırsağı qaydaya saldıqda və orqanizmi A vitamini və ya karotinlə kifayət qədər təmin etdikdə, bağırsaqda yaranan kif aradan qalxır. Qalın bağırsağı və qara ciyəri təmizləyərkən, sizdən qara qırıntılar şəklində çıxan kifi gördüyünüz an düzgün qidalanmanın əhəmiyyətini tam dərk edəcəksiniz!
Disbakterioz nədir? - Bağırsaq disbakteriozunun əlamətləri və müalicəsi [ardını oxu] >>
Sağlamlıq bölməsində digər yazılar >>