Bağırsaq disbakteriozunun təbii vasitələrlə müalicəsi

[читать на русском]

Bağırsaq disbakteriozunun təbii vasitələrlə müalicəsi Bağırsaq disbakteriozunun əlamətləri haqqında əvvəlki yazımızda danışmışdıq. Bəs bu problemlə qarşılaşmamaq və ya onu aradan qaldırmaq üçün nə etməliyik?

Disbakteriozun profilaktikası və müalicəsində sağlam qidalanma başlıca rol oynayır. Sağlam qidalanma dedikdə, nə nəzərdə tutulur?

- müxtəlif kimyəvi əlavələri (aromatizatorlar, boyaq maddələri, dadlandırıcılar, konservantlar və s.) olan zərərli məhsulları, yarımfabrikatları, konservləri, nişasta ehtiva edən ərzaqları, yağlı əti, üzlü südü, şirniyyatı, kofe və alkoqolu qida rasionunuzdan çıxarın və ya istifadəsini minimuma endirin. Hansısa çox sevdiyiniz qidalardan imtina edə bilmirsinizsə, onları daha nadir və daha az miqdarda istifadə etməyə çalışın.

- süd məhullarından (qatıq, pendir, kəsmik və s.), bitki lifi ilə zəngin olan ərzaqlardan, o cümlədən tərəvəzdən (kök, balqabaq, ağ kələm, brokkoli, lobya və s.), təzə meyvələrdən, paxlalı və dənli bitkilərdən (müxtəlif növ lobyalar, noxud, mərci, yulaf, düyü və s.), yağsız və ya az yağlı balıqdan, bitki yağlarından və məqbul miqdarda xüsusi üsulla əridilmiş təbii kərə yağından istifadə edin.

Əgər ishaldan əziyyət çəkirsinizsə, tərəvəzləri bişmiş halda yemək tövsiyə olunur.

Bağırsaq disbakteriozunun təbii vasitələrlə profilaktikası və müalicəsi

Mədə-bağırsaq sistemində disbakterioz və çürümə prosesləri zamanı sarımsaqdan istifadə etmək faydalıdır.

Disbakteriozun profilaktikası və müalicəsi üçün şam yeməyində 1-3 diş sarımsaq yemək və üzərindən qatıq içmək tövsiyə olunur. Qida ilə birlikdə orqanizmə daxil olaraq, sarımsaq süd turşusu bakteriyalarına yaxşı təsir göstərir, onların bağırsaqda çoxalmasına səbəb olur və normal mikrofloranı bərpa edir.

Belə bir üsuldan da istifadə etmək olar: səhər acqarına və axşam yeməkdən 2 saat sonra bir diş sarımsağı bir neçə hissəyə bölüb udun. Kəsilmiş sarımsağı istifadə etməzdən əvvəl 15 dəqiqə saxlasanız, hava ilə təmasda "stress" alması nəticəsində təsiri daha da artar. Müalicə müddəti 1-2 həftədir. Bu üsul kolitin, babasilin müalicəsində effektivdir, immuniteti möhkəmlədir, buna görə də soyuqdəymənin profilaktikası üçün gözəl vasitədir.

Sarımsağın yağ şəklində istifadəsi də disbakteriozun profilaktikası və müalicəsində faydalıdır.Sarımsaq yağı belə hazırlanır: orta ölçülü bir baş sarımsağı təmizləyib, əzin. Sıyıq şəklində olan sarımsağı şüşə bankaya tökün, üzərinə 200 q bitki yağı əlavə edərək, 10 saat soyuducuda saxlayın. Gündə 3 dəfə yeməkdən 30 dəq. əvvəl 1 xörək qaşığı sarımsaq yağını eyni miqdarda limon suyu ilə qarışdıraraq qəbul edin. Müalicə kursu 1-3 aydır. Bir ay fasilədən sonra müalicə kursunu təkrar etmək olar.

Bağırsaq mikroflorasını bərpa edən vasitələrdən biri də kətan toxumudur.Sıyığa və ya digər yeməklərə 1 desert qaşığı kətan toxumu əlavə edərək, istifadə edə bilərsiniz. Kətan toxumu həmçinin yüksək turşuluğa malik qastrit və qəbizlik zamanı da yaxşı təsir göstərir.

Bunlardan başqa, bağırsaq disbakteriozu zamanı kərəviz kökünün təzə sıxılmış şirəsini içmək faydalıdır. Yeməkdən 30 dəq. əvvəl gündə cəmi 1-2 çay qaşığı qəbul etmək kifayətdir.

Özünü müalicəyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşin!


Sağlamlıq bölməsində digər yazılar >>
Disbakterioz nədir? - Bağırsaq disbakteriozunun əlamətləri
Sağlamlıq bağırsaqlarımızdan başlayır
Çörək sağlamlıq üçün faydalıdır, yoxsa zərərli?
Qara ciyər yağlanması ciddi fəsadlar törədir
Yalnış qidalanma vərdişlərinin sağlamlığa təsiri
Şəkərdən çox istifadə yaşlanmanı sürətləndirir

Bilmək maraqlıdır:
Doğurdanmı xəstəliklərimizin səbəbi auramızın zədələnməsindədir?
Aura nədir və sağlamlığımızda niyə həlledici rol oynayır?
Neqativ enerji haradan yaranır və sağlamlığa necə təsir edir?