Disbakterioz nədir? - Bağırsaq disbakteriozunun əlamətləri və müalicəsi
Adət olunmuş qaydada qidalanan insanların bir çoxu zaman-zaman bağırsaq disbakteriozu ilə qarşılaşsalar da, çox vaxt bunun fərqində olmurlar. Hansı problemlə üzləşdiyimizi vaxtında anlamağımız üçün, gəlin, disbakteriozun nə olduğunu öyrənək.
Bağırsaq disbakteriozu - bağırsaq mikroflorasının normal tərkibinin pozulması və orada əlverişsiz mikrobların çoxalmasıdır. Yəni disbakterioz zamanı bağırsaqlarımızda faydalı mikroblarla zərərli mikroblar arasında balans pozulur və sonuncular üstünlük təşkil edir. Bu, hansısa yoğun bağırsaq xəstəliyi ilə eyni zamanda baş verə və ya təkbaşına mövcud ola bilər.
Bağırsaq disbakteriozunun yaranması səbəbləri yalnış qidalanma və ya mədə-bağırsaq sisteminin müxtəlif xəstəlikləri nəticəsində həzm prosesinin pozulması, nəzarətsiz və ya uzun müddət antibiotiklərin qəbulu ola bilər. Çünki sadalanan hallar bağırsağın normal florasını, yəni bakteriya tərkibini pozmaqla, mənfi təsir göstərir.
Disbakterioz hansı əlamətlərlə özünü göstərir?
Bağırsaq disbakteriozunun əlamətləri ağızda xoşagəlməz dad və qoxu, ürəkbulanma, gəyirmə, qarın qurultusu, qarında narahatlıq, köp, ishal və ya qəbizlik, halsızlıq, ümumi əzginlik ola bilər. Nəcis kütlələri sıyıq şəklindədir, selik və xoşagəlməz çürüntü qoxusu müşahidə olunur. Bədən hərarəti 37-38 C-dək yüksələ bilər.
Lakin çox vaxt bağırsaq disbakteriozu heç bir xarici əlamətlərlə özünü göstərmir, yalnız nəcis analizi zamanı aşkarlanır. Eləcə də, uzun müddət davam etdikdə hipovitaminoz, xüsusən B qrupu vitaminlərin çatışmazlığı yarana bilər. Hipovitaminozun əlamətləri: dəri quruluğu, ağızın selikli qişasının iltihabı, qaşınma, dırnaqların qırılması, allergik səpmələr, tez yorulma, zəiflik, baş ağrıları, yuxu pozuntusu.
Yuxarıda sadalanan əlamətlər səhhətimizdə digər mənfi hallara səbəb ola bilər. Buna görə də həkimə müraciət edərək diaqnozu dəqiqləşdirməklə, problemi qısa zamanda aradan qaldırmalıyıq.
Bağırsaq disbakteriozunun təbii vasitələrlə müalicəsi [ardını oxu] >>
Sağlamlıq bölməsində digər yazılar >>
Sağlamlıq bağırsaqlarımızdan başlayır
Çörək sağlamlıq üçün faydalıdır, yoxsa zərərli?
Qara ciyər yağlanması ciddi fəsadlar törədir
Yalnış qidalanma vərdişlərinin sağlamlığa təsiri
Şəkərdən çox istifadə yaşlanmanı sürətləndirir
Bilmək maraqlıdır:
Doğurdanmı xəstəliklərimizin səbəbi auramızın zədələnməsindədir?
Aura nədir və sağlamlığımızda niyə həlledici rol oynayır?
Neqativ enerji haradan yaranır və sağlamlığa necə təsir edir?