Şəkərdən çox istifadə yaşlanmanı sürətləndirir

Şəkərdən çox istifadə yaşlanmanı sürətləndirir

Bu və ya digər şəkildə konfetlərin, şokoladların, tortların və digər şirniyyatın, eləcə də ağ unun, düyünün, kartofun və s. tərkibinə dail olan şəkər, məsələn, şəkərli diabet, eləcə də erkən yaşlanma kimi bir sıra arzuolunmaz nəticələrə gətirib çıxarır. Bu səbəbdən istifadə etdiyimiz şəkərin miqdarını azaltmaq çox vacibdir.

Gündə nə qədər şəkər istifadə etməliyik?

Şəkər yalnız balın, mürəbbələrin və digər şirniyyatın tərkibinə daxil deyil. Gün ərzində istifadə etdiyimiz süd, qatıq, çörək, biskvitlər, makaronlar və s. həmçinin karbohidratla və ya şəkərlə zəngindir.

Hər gün karbohidrat şəklində istifadə olunan şəkər bizim gündəlik rasionumuzun 55-60%-ni təşkil etməlidir. Buna görə də, gündə nə qədər şəkər istifadə etməliyik sualına cavab verərkən, qeyd etmək lazımdır ki, hətta şəkərli diabet xəstəliyindən əziyyət çəkməyənlər də gündə ən çoxu 8 parça qənd istifadə edə bilərlər.

Şirin dada malik istənilən ərzağın tərkibində sadə şəkildə, asan mənimsənən şəkər vardır. Bu ərzaqlardan uzaq gəzməyimiz və orqanizmin şəkər ehtiyacını kompleks karbohidratlar vasitəsilə ödəməyimiz daha yaxşı olar. Kompleks karbohidratların tərkibinə həmçinin lif də daildir ki, bu da şəkərin mənimsənməsi sürətini ləngidir, yəni şəkərin qana daha ləng sorulmasını təmin edir. Bunlar arasında paxlalı bitkilər əsas yerlərdən birini tutur. Sağlam qidalanmaq üçün işlənməmiş dənli bitkilərə üstünlük vermək lazımdır.

Meyvələr bizim şəkər ehtiyacımızı tam ödəyə bilər?

Düzgün qidalanmaq və sağlam qalmaq üçün hər gün 3 porsiya mütəlif cür meyvə yemək lazımdır. Bir porsiya insanın ovucuna yerləşən miqdara bərabərdir. Meyvənin tərkibinəki şəkərin qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olmaması üçün, meyvə ilə birlikdə süd, qatıq və ya kəpəkli biskvit istifadə etmək tövsiyə olunur.

Qəbul etdiyimiz şəkərin zərərini necə azalda bilərik? ?

Əgər şirniyyatdan heç cürə imtina edə bilmirsinizsə, şirniyyatı yeməkdən sonra kiçik porsiyalarla yeməyə çalışın. Qeyd etmək yerinə düşər ki, meyvələri, əksinə, yeməkdən 20-30 dəq əvvəl yemək məsləhətdir. Şirniyat yeməzdən əvvəl və sonra aktiv hərəkətdə olmaq və ya fiziki məşğələlər etmək bu yüksək kalorili qidanın zərərinin azaldılmasına yardımçı ola bilər. Lakin diabet xəstələri şirniyatdan yalnız hipoqlikemiya (qanda şəkərin düşməsi) anlarında istifadə etməlidirlər.

Şəkərdən istifadəni azaltmağımız üçün 5 səbəb       [ardını oxu] >>


Sağlamlıq bölməsində digər yazılar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin